» » Elçin Şıxlı dindirildi

Elçin Şıxlı dindirildi

Bölmə: Xəbər, BLOK XƏBƏR
Elçin Şıxlı dindirildi
"XALQİNFO"Xəbər verir ki,"Ayna”-"Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı həbs edilən jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar olaraq Baş Prokurorluqda dindirilib.

Bu barədə Elçin Şıxlı özü ans press-ə məlumat verib. O, dindirilməsinin səbəblərinin açıqlanmaması barəsində yazılı iltizam verdiyini də açıqlayıb: “O məsələ ilə bağlı kim dindirilirsə danışmamaqla bağlı iltizam verir. İstintaq sirridir və onu yaymaq olmaz. Əslində elə bir sirr yox idi. İmzaladığıma görə danışa bilmərəm”.

Elçin Şıxlı Rauf Mirqədirovun işi ilə bağılı hələlik heç nə gözləmədiyini də sözlərinə əlavə edib: “Bu iş mənim üçün qeyri müəyyəndir”.
Eçin Şıxlı MTN-də dindirilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib. O, MTN-də dindirilmədiyini, yayılan xəbərlərin yalan olduğunu söyləyib: “İstintaqı Baş Prokurorluq aparır. MTN-lə heç bir əlaqəsi yoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler