» » Çingiz Qənizadə:

Çingiz Qənizadə: " ... məni sevindirir"

Bölmə: Xəbər, BLOK XƏBƏR
Çingiz Qənizadə:"Freedom House" təşkilatının açıqladığı hesabatda açıq şəkildə anti-Azərbaycan mövqeyinin yer alması bir tərəfdən məni sevindirdi.


Xalqinfo.az bildirir ki, bu barədə Milli.Az-a açıqlamasında "Freedom House" təşkilatının son hesabatına münasibət bildirərkən Milli Məclisin üzvü, "Demokratiya və İnsan Hüquqları Komitəsi" təşkilatının sədri Çingiz Qənizadə deyib.

Millət vəkili hesabatda təşkilatın anti-Azərbaycan mövqeyinin yer almasına nə üçün sevindiyini belə açıqlayıb: "Freedom House"un və digər beynəlxalq təşkilatların hesabatlarına hər dəfə münasbət bildirəndə onları obyektiv olmağa çağırırıq, amma çox təəssüf ki, onlar heç cür obyektiv ola bilmirlər. Biz həmişə deyirdik ki, "Freedom House"un rəhbərliyində erməni və erməni lobbisi ilə sıx əlaqədə olan insanlar var. Onlar da Azərbaycanın bəzi müxalifətçilərdən və qeyri-hökumət təşkilatlarından əldə etdikləri informasiyaları öz məqsədlərinə uyğun formada təhrif edərək hesabatlar hazırlayırdılar.

Amma bu hesabatda, sanki, artıq onlar haqqında dediyimiz fikirlərin sübutunu gördük. Çünki heç bir dövlət tərəfindən tanınmayan və Azərbaycanın tərkib hissəsi kimi qəbul edilən Dağlıq Qarabağın ayrıca dövlət kimi qiymətləndirilməsi göstərdi ki, əvvəlki illərdə "Freedom House" haqqında dediyimiz fikirlər həqiqətdir. Yəni onlar birbaşa erməni lobbisinin təsiri altındadırlar və ermənilərə xidmət edən formada Azərbaycana münasibət ortaya qoyurlar. Ona görə də onların hazırladıqları hesabatlar heç cür obyektiv və ədalətli ola bilməz".
Çingiz Qənizadə:

Bundan əlavə, Ç.Qənizadə hesab edir ki, "Freedom House" ermənilərin çirkin oyunlarına dəstək verir: "Dağlıq Qarabağ danışıqları zamanı ermənilər Azərbaycanda guya insan haqlarının pozulması və demokratiyanın olmamasını əsas gətirərək "Dağlıq Qarabağda yaşayan ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz" ifadəsini ortaya atırlar. İndi də bu təşkilat heç bir dövlət, hətta Ermənistanın özü tərəfindən də tanınmayan Dağlıq Qarabağı azad olan və qismən azad olan, Azərbaycanı isə azad olmayan ölkələr sırasına salmaqla, sanki, ermənilərin danışıqlar zamanı ortaya atdıqları çirkin məsələyə qiymət və istiqamət vermiş olur. Təbii ki, bu yolverilməzdir. "Freedom House"un son hesabatı və burada Dağlıq Qarabağa ayrıca qiymət verməsi onların iç üzünün açılması, maskalarının yırtılması deməkdir. Ona görə də biz bunu qətiyyətlə pisləyirik. Tanınmayan, Azərbaycanın tərkib hissəsi olan bir bölgəyə ayrıca dövlət kimi qiymət vermək yalnız ermənilərə və erməni lobbisinə işləyən insanlar və təşkilatlar tərəfindən edilə bilərdi ki, bunu da "Freedom House" təşkilatı etdi".

Qeyd edək ki, "Freedom House" təşkilatının "Freedom in the World 2016 " adlı son hesabatında Azərbaycan 16 xalla Cənubi Qafqazda ən qeyri-azad ölkə kimi göstərilib. Hesabatda Ermənistana 46, Gürcüstana 64 və maraqlı da olsa, mövcud olmayan, dünyanın heç bir dövləti, hətta Ermənistan tərəfindən də tanınmayan "Dağlıq Qarabağ Respublikasına" 33 xal verilib.


Kainat Şirin

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler