» » Nurçular Elşad İsgəndərovdan danışdılar

Nurçular Elşad İsgəndərovdan danışdılar

Bölmə: Xəbər, BLOK XƏBƏR
Nurçular Elşad  İsgəndərovdan danışdılar
"XALQİNFO" Xəbər verir ki, Nurçular, adı onlarla bir yerdə hallandırılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərovla bağlı açıqlama veriblər.

Nurçulardan ANS PRESS-ə daxil olan məktubda sabiq Dini Komitə sədrinin fəaliyyətindən bəhs olunub.

Məktubda qeyd olunub ki, nurçuların Elşad İsgəndorovun himayədarlığına ehtiyacı yoxdur: “Nurçuların himayəçisi Elşad İsgəndərov... Risale-i Nur kimi bir himayəçisi olan Nur tələbələrinin heç bir himayəçiyə ehtiyacı yoxdur”.

Məktub 5 nurçu tərəfindən imzalanılıb.

Qeyd edək ki, bir müddət öncə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vəzifəsindən azad edilib.

Komitə sədrinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası prezidenti sərəncam verib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alınır ki, Elşad Hüseyn oğlu İskəndərov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler