» » Pərviz Müşərrəfə bəraət verildi

Pərviz Müşərrəfə bəraət verildi

Bölmə: Xəbər
Pərviz Müşərrəfə bəraət verildi
Pakistan məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə bəraət verib.

Müşərrəf 2006-cı ildə ölkənin Bəlucistan vilayəti millətçilərinin lideri Əkbər Buqtinin ölümündə təqsirli bilinərək barəsində cinayət işi qaldırılmışdı.

Rusiyanın RİA Novosti agentliyi bildirir ki, Pərviz Müşərrəf 2013-cü ilin oktyabrında zaminə buraxılıb. Bundan başqa, eks-prezidentin adı daha bir neçə cinayət hadisəsində də hallanırdı.

“Məhkəmə keçmiş prezident Pərviz Müşərrəfə və adları hallanan digər şəxslərə qarşı bütün ittihamları ləğv edib”, - deyə adı cinayət işində keçən sabiq daxili işlər naziri Aftab Şerpao deyib.

Pərviz Müşərrəf başqa bir cinayət işi ilə bağlı məhkəmə qarşısında cavab verəcək. Belə ki, o, 2007-ci ildə Pakistanda fövqəladə vəziyyət elan etdiyi və Ali Məhkəmənin sədrini həbs etdirdiyi üçün dövlət çevrilişində də ittiham edilir.

Xatırladaq ki, Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler