Rusiyanın İsraildəki səfirliyinin saytına Azərbaycan bayrağı yerləşdirildiBölmə: Xəbər
Rusiyanın İsraildəki səfirliyinin rəsmi internet səhifəsi türk hakerlər tərəfindən dağıdılıb. "Report" xəbər verir ki, bu barədə "Börteçine Siber Tim" haker qrupu öz "Facebook" səhifəsində məlumat yerləşdirərək saytın linkini paylaşıb. Hakerlər səfirliyin saytına Türkiyə və Azərbaycan da daxil olmaqla müxtəlif türk dövlətlərinin bayrağını və Türkiyə dövlətinin yaradıcısı Mustafa Kamal Atatürkün şəkilini yerləşdiriblər. Şəkillərin yerləşdirildiyi slaydda türk hərbi marşı səslənir. Səfirliyin mətbuat katibi Yevgeni Piskunov "İnterfax"a açıqlamasında həqiqətən saytın hazırda işləmədiyini bildirib. O bunun səbəblərinin məlum olmadığını qeyd edib və hazırda saytın bərpası istiqamətində iş aparıldığını diqqətə çatdırıb. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|