» » Nardaran müasirləşdi -Video

Nardaran müasirləşdi -Video

Bölmə: Xəbər, MANŞET
Nardaran müasirləşdi -Video
Nardaranda yolların və məhəllələrin yenidən qurulması işi davam etdirilir.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işlərinə başlanılıb. Küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.

“Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan işlər çərçivəsində küçənin 1 km-dən artıq hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilmiş küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Küçənin artıq 700 metrlik hissəsində hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib.

Aparılan abadlıq işləri zamanı yerli ağsaqqalların və ziyalıların da təklifləri nəzərə alınır. Yaxın müddət ərazində Nəsrulla Əsgərov küçəsində də yenidən qurma işlərinə başlanılacaq. Qəsəbənin mərkəzindən Nardaran pirinə gedən bu küçə yaxın vaxtlarda öz simasını tamamilə dəyişəcək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler