» » Cahangir Hacıyev təcridxanaya qayıtmaq istəyir

Cahangir Hacıyev təcridxanaya qayıtmaq istəyir

Bölmə: Xəbər
Cahangir Hacıyev təcridxanaya qayıtmaq istəyir
Ötən il dekabrın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasından istintaq hərəkətləri ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev hələ təcridxanaya geri qaytarılmayib.

Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib. Vəkil bildirib ki, müvəkkili 10 gün müddətinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilsə də, hələ təcridxanaya qaytarılmayıb: "Bununla bağlı artıq Nərimanov rayon məhkəməsinə müraciət etmişik. Yanvarın 18-də Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə iddiamıza baxılacaq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler