» » “Atama DTX-nin təcridxanasında çox çətin olacaq” -

“Atama DTX-nin təcridxanasında çox çətin olacaq” - Natiq Kərimovun oğlu

Bölmə: Xəbər
“Atama DTX-nin təcridxanasında çox çətin olacaq” -

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılır.

“Xalqinfo” xəbər verir ki, bunu musavat.com-a açıqlamasında N.Kərimovun oğlu Kamran Kərimov deyib.

“Ailə üzvlərindən atamla görüşən olmayıb. Yanvarın 8-də sovqat aparmışdım. Görüşə icazə verilmir. Vəkil də görüşməyib. Atamın səhhətində ciddi problem var. Bunu hamı bilir. Orada onun üçün çox çətin olacaq” - deyə K.Kərimov bildirib.

K.Kərimovun sözlərinə görə, N.Kərimov başqa vəkil istəməməsi haqda ailəsinə məlumat göndərib.

Qeyd edək ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.

N.Kərimovun həbs edilməsinin əsas səbəbi kimi bir neçə gün əvvəl Nardaran Ağsaqqallar Şurasının adından İran-Səudiyyə Ərəbistanı münasibətləri ilə bağlı yayılan bəyanatın olduğu da iddia olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler