» » İran səfiri XİN-ə çağırıldı

İran səfiri XİN-ə çağırıldı

Bölmə: Xəbər
İran səfiri XİN-ə çağırıldı
İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.

Trend-in RIA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfi İranda prezident Ərdoğanın Səudiyyə Ərəbistanına səfərinin bu ölkədə kütləvi edamlarla əlaqəsinin olması barədə məlumatların dərc edilməsinin dayandırılmasını tələb edib. “Biz İran dövlət qurumlarına yaxın olan KİV-də prezidentimizin bu günlərdə Səudiyyə Ərəbistanına səfərinin bu ölkədə kütləvi edamlarla əlaqəsinin olması barədə məlumatların yayılmasını qətiyyətlə pisləyirik”, deyə XİN məlumatında qeyd olunub.

Ərdoğan dekabrın sonunda Səudiyyə Ərəbistanına səfər edib. Yanvarın 2-də Ər Riyadda şiə din xadimi, vaiz Nimr ən-Nimr daxil olmaqla 47 nəfər edam edilib. Bu Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler