» » Azərbaycan biznesmenləri ofislərini bağlayıb Türkiyədə şirkət qururlar

Azərbaycan biznesmenləri ofislərini bağlayıb Türkiyədə şirkət qururlar

Bölmə: Xəbər
Azərbaycan biznesmenləri ofislərini bağlayıb Türkiyədə şirkət qururlar
2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər.

"Turan" bildirir ki, məlumatı Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) yayıb.

Məlumata görə, bu ölkədə Azərbaycan kapitallı şirkətlərin sayı sabit templə artır. 2014-cü ilin yanvar-noyabrında Azərbaycanın iş adamları Türkiyədə 153 şirkət yaradıblar.

Yeni açılan şirkətlərə qoyulan sərmayələrin həcmi 56 milyon 811 min türk lirəsi olub. Bunun 50,7 milyonu soydaşlarımızın payına düşür. 2015-ci ilin 11 ayında yeni qurulan şirkətlərə Azərbaycan mənşəli sərmayənin həcmi 30,3 faiz artıb.

Statistikaya əsasən, Azərbaycan Türkiyədə qurulan səhmdar şirkətlərin sayına görə, yalnız Almaniyadan (84) geri qalaraq ikinci olub - 46 şirkət. Məhdud məsuliyyətli şirkət sayına görə isə Rusiyanı (95) qabaqlayaraq 7-ci sırada durub.

Rəsmi məlumata əsasən, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. Onların kapitalının formalaşmasına 143 milyon türk lirəsi ekvivalentində valyuta çıxarılıb.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, Türkiyədə Azərbaycan kapitalı ilə 1500-dən çox şirkətin fəaliyyət göstərdiyi barədə Azərbaycanın Sənaye və İqtisadiyyat Nazirliyi hələ 2015-ci ilin martında məlumat yaymışdı. SOCAR-ın Türkiyə iqtisadiyyatına qoyduğu yatırımı da nəzərə alsaq, Azərbaycanın qardaş ölkəyə qoyduğu vəsaitin həcmi hələ o vaxt 5 milyard dollardan çox olub.

Ekspertlər bildirirlər ki, Azərbaycan kapitalı ilə türk şirkətlərinin yaranması ölkəmizin iqtisadiyyatında mənfi proseslərin başlaması, xüsusən də neftin qiymətinin qəfil və kəskin düşməsi ilə eyni vaxta təsadüf edib. Bu proses indi-neftin qiymətinin daha çox düşməsi və manatın devalvasiyası ilə bir az da güclənib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler