» » "Torpağın payına düşənlər çoxdur".

"Torpağın payına düşənlər çoxdur". Dilsuz Musayev

Bölmə: Xəbər, KİTAB ALƏMİ
"Torpağın payına düşənlər çoxdur".
Azərbaycan Yazıçılar Birliyinin üzvü,Filologiya üzrə fəlsəfə doktoru ,şair-publisist Dilsuz Musayevin bir neçə şeirini sizlərə təqdim edirik....

Olur

Deyirsən bir şeir de baxışlarıma,
Axı,necə deyim,nitqim lal olur.
Bu bircə kəlmənə cavab tapınca
Sənin gözlərində min sual olur.

Nədəndir?

Nədəndir,zirvəsi qarlı dağlara
Yüz illər keçsə də uca dedilər?
Qara saçlarına dən düşdü, anam,
Bəs,nədən,adına qoca dedilər.



Üz qarası

Şikəstlər,əlillər hörmətə layiq,
Qəzanı,qədəri kim sorasıdır?
Mənəvi şikəstlik,mənəvi korluq
Bəşər övladının üz qarasıdır.

Sən mənim könlümdə.....

Sən mənim könlümdə bir ocaq çatdın,
İllərlə alışdı,sönmədi neynim!
Sonra da kül edib çöllərə atdın,
Külü də eşqindən dönmədi neynim!

Harada dəfn etdin bu kül sevgimi
Bununçün beş qarış torpaqmı yoxdur...
Torpağa vermərəm bu vaxtsız qəmi,
Torpağın payına düşənlər çoxdur.

Sinəmdə qazıldı bir sevgi qəbri,
Bir çinar göyərib boy atdı orda.
Taleyin nə yaman dönükdü səbri,
Harda qovuşdurdu,gör bizi harda!
Xalqinfo.az

Şərh Yaz
ŞƏRH(3)

Selim 15 may 2014 00:05
Dilsuz muellim kovreldik

Cavanlıq gozəldir cox sagolun xatirələrim oyandı

Yaxsıdı ancaq bunları yasiya bilmirem Tesekkurler xosuma geldi.

Felsefi ser tapmadiniz bele ziyalilarin qiymetin bilək
Çit          1

Musa 16 may 2014 10:38
Xoşuma gəldi.
Çit          2

vefa 20 may 2014 19:52
esq olsun size
Çit          3

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler