» » MTN generalları hətta oyuncaqlardan da pul çıxarırmış

MTN generalları hətta oyuncaqlardan da pul çıxarırmış

Bölmə: Xəbər
MTN generalları hətta oyuncaqlardan da pul çıxarırmış
Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra mətbuat onun nəzarətində olan biznes sahələri və malik olduğu saysız-hesabsız obyektlər barədə müntəzəm olaraq yeni-yeni məlumatlar yayır.

Bu haqda virtualaz.org saytı da dəfələrlə yazıb. Eldar Mahmudovun nazir postunda olarkən özünə əsasən restoran biznesi və bahalı avtomobillərin satışı üzrə ixtisaslaşan “Caspian Crystal Holding” adlı biznes imperiyası yaratdığını bildirib. Bu şirkətə sabiq nazirin oğlu Anar Mahmudovun rəhbərlik etdiyini vurğulayıb.

Lakin virtualaz.org saytının əldə etdiyi son məlumata görə, sabiq nazirin biznesi təkcə “Caspian Crystal Holding”lə də məhdudlaşmırmış. General Mahmudov və adamları hətta Bakı bulvarındakı gəzinti parovozlarını da öz əlinə keçiribmiş. Əsasən turistləri gəzdirən bu dekorativ qatarlar Eldar Mahmudovun gündən-günə böyüyən biznes imperiyasına hər gün öz “qəpik-quruş töhfəsi”ni veririmiş.

Yeri gəlmişkən, psixoloqlar bildirir ki, uşaqlığı yaxşı keçməyən və oyuncaqlarla vaxtında doyunca oynamayan adamlar böyük komplekslərlə böyüyürlər. Kim bilir, bəlkə keçmiş nazir də belə olub. O da haçansa oyuncaq parovoz arzusunda olub, amma özünün bu arzusunu yalnız böyüyüb qüdrətli nazirə çevriləndən sonra həyata keçirə bilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler