» » Azərbaycana qar yağır

Azərbaycana qar yağır

Bölmə: Xəbər
Azərbaycana qar yağır
Noyabrın 18-i səhər saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin rayonlarına qar yağır.

“Xalqinfo” xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən Azərtac-a bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Maraqlısı odur ki, qar həmişəkindən fərqli olaraq dağlıq yaşayış məntəqələrində deyil, dağətəyi ərazilərdə yağmağa başlayıb. Hazırda Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb. Amma dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən Xınalıq kəndində nəinki qar, ümumiyyətlə, yağıntı müşahidə olunmur.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal bölgəsində temperaturun aşağı düşməsi müşahidə edilir. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler