» » Bakı-Yevlax yolunda dəhşətli qəza-

Bakı-Yevlax yolunda dəhşətli qəza- ölənlər var

Bölmə: Xəbər
Bakı-Yevlax yolunda dəhşətli qəza-

İsmayıllı rayonunda minik avtomobilinin traktora çırpılması nəticəsində dünyasını dəyişən şəxslərin adları məlum olub.

APA-nın xəbərinə görə, “VAZ 2107” markalı minik avtomobilin sürücüsü, Ağsu rayonu Pirhəsənli kənd sakini, 1986-cı il təvəllüdlü Kərimov Razi Arzulla oğlu və avtomobildə olan sərnişin, Qaraqoyunlu kənd sakini, 1970-ci il təvəllüdlü Əhmədov Elsevər Hacı oğlu qəzada ölüb.

* * *10:00

Bu gecə Bakı-Şamaxı-Yevlax magistral yolunda ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, yolun 171-ci kilometrliyində - Ağsu rayonu ərazisində "VAZ 2107" markalı minik avtomobili traktora çırpılıb. Yüksək sürətlə hərəkətdə olan avtomobilin kənd təsərrüfatı texnikasına çırpılması nəticəsində sürücü və yanındakı sərnişin hadisə yerində keçinib.

İlkin məlumata görə, qəzaya yüksək sürət və sürücünün diqqətsizliyi səbəb olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler