» » Sel suları Cəlilabadda da fəsadlar törətdi

Sel suları Cəlilabadda da fəsadlar törətdi

Bölmə: Xəbər
Sel suları Cəlilabadda da fəsadlar törətdi

İntensiv yağışlar Cəlilabadda da fəsadlar törədib.

APA-nın məlumatına görə, ən çox ziyan rayonun Albalan kəndində müşahidə olunub. Belə ki, sel suları kənddə iki körpünü yuyaraq yarasız vəziyyətə salıb. Nəticədə yaşayış məntəqəsinin bir tərəfinin digər tərəflə əlaqəsi kəsilib.

Sel suları kənddə həmçinin şəxsi və ictimai təsərrüfatlara, əkin sahələrinə də ciddi ziyan vurub. Albalan kəndini elektrik enerjisi ilə təmin edən transformator sel sularının təsirinə məruz qaldığından yerli sakinlər işıqsız qalıb.

Mövcud vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları və yerli icra strukturlarının nümayəndələri kəndə gələrək, hadisə yerinə baxış keçiriblər. Evləri suyun altında qalmış sakinlər müvəqqəti olaraq qohumlarının yanına köçürülüb.

Məlumata görə, rayonun Ağdaş kəndində də bəzi ərazilər sel sularına qərq olub. Hazırda cənub bölgəsinin digər rayonlarında olduğu kimi Cəlilabadda da yağıntılı hava şəraiti davam etməkdədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler