» » Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?

Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?

Bölmə: Xəbər
Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?
Bu 7 məqamı eşidən əsla saçına qaynaq etdirməz! Əslində saçlarınıza qaynaq etdirməyin saysız zərərləri var. Ancaq qaynaq etdirdiyiniz zaman bu gözünüzə möhtəşəm görünə bilər. Bəs bir neçə saat sonra necə olacağını heç düşünmüsünüzmü? Bir az dağılmış, bəlkə də bir az cansızlaşmış olacaq elə deyilmi?

Bu da saçlarını qaynaqla uzatmaq istəyənləri qərarlarından döndərəcək səbəblər!

Saça zərər verir
Ən böyük səbəblərdən biri böyük zədə yaratmasıdır. Saça qaynaq edərək uzatmaq ciddi problemlərə gətirib çıxara bilər. Saç qırılmaları və hətta saç qopmaları. Bu riski almağa dəyərmi?

Həmişə eyni
Sadəcə adi düz saç görünüşünə sahib olacaqsınız. Qaynaq saçları təbii saçlar kimi müxtəlif formalara salmaq demək olar ki, qeyri-mümkündür. Həmişə açıq saxlayacağınız düz saçlara sahib olmaq qısa müddət sonra sıxılmağınıza səbəb ola bilər.

Saça qulluq heç bu qədər çətin olmamışdı
Marketlərdə uzun saçlar üçün istehsal edilmiş bir çox məhsul var. Qaynaqdan sonra qüsursuz saçlara sahib olmaq üçün azı ayda bir dəfə saç ustanızın tətbiq etdiyi qulluqdan faydalanmalısınız. Bu da gözəllik mərkəzlərində daha çox vaxt keçirmək və xərc çəkmək anlamına gəlir.

Bahalıdır
Qaynaqlı uzun saçlarınız sizə çox baha başa gələ bilər. Əgər dibdən uca doğru ən yaxşı keyfiyyəti istəyirsinizsə ciddi bir məbləğ ödəməlisiniz. Daha ucuz olanı seçdiyinizdə isə saçınızın uzunmüddətli sağlamlığını qorumaq mümkün olmaya bilər.

Yanlış imic
Saçlarda qaynaq olması hər kəsə uyğun olmaya bilər. Bu seçim bəziləri üçün bahalı və yanlış ola bilər. Ən yaxşısı uzun saçların sizə yaraşıb yaraşmadığını sınamaqdır. Özünüzü uzun saçlı gördüyünüz zaman bəyənməsəniz fikrinizdən daşınarsınız. Sizin üçün idealdırsa saçınızı uzatmağa başlayarsınız.

Tez nəzərə çarpır
Uzun saçları kimdəsə gördüyümüz zaman bəyənirik. Ancaq adətən təbii saçın sonunda qaynaq saçı gördüyümüz zaman bunun heç də təbii olmadığını düşünürük. Saçına qaynaq etdirən qadınların buna necə dözdüyünü soruşanlar belə var. Əlavə saçlar özlərini istər istəməz biruzə verir.

Yarı yolda buraxır
Qaynaq saçlar həmçinin çıxa da bilər. Qaynağınız evdə olduğunuz zaman qoparsa, bu problem deyil. Ancaq bu küçədə başınıza gələrsə sizi utandıra bilər. Xüsusi bir gün üçün saçlarınıza qaynaq etdirmisinizsə sizi yarı yolda qoyması həqiqətən çox pis təsir edə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler