» » Nazirin müvinlərinin sayı artacaq

Nazirin müvinlərinin sayı artacaq

Bölmə: Xəbər
Nazirin müvinlərinin sayı artacaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adının dəyişdirilməsi və nazirliyin tabeliyində bir neçə dövlət qurumunun yaradılması haqda Prezident İlham Əliyevin sərəncamlarından sonra sözügedən mərkəzi hakimiyyət orqanının Əsasnaməsində köklü dəyişikliklər üzərində işlənilir.

Yaxın bir ay ərzində yenilənmiş Əsasnamə Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim ediləcək.

“XALQİNFO” xəbər verir ki, bu məlumat Mia.az-a Nazirlər Kabinetindəki işçi qrupundan daxil olub. Məlumatda bildirilir ki, nazirliyin yeni əsasnaməsində idarəetmədəki oprerativliyin artırılması istiqamətində aparılacaq struktur islahatlarından tutmuş, səlahiyyət bölgüsünə qədər hər bir xırda detallar üzərində mütəxəssislər işləyirlər: «Deyə bilərəm ki, nazirliyin strukturunda əsaslı dəyişiklik aparılacaq. Bir sıra iri müəssisələr birləşdiriləcək. Bu birləşdirilmə və dəqiq səlahiyyət bölgüsü nazirliyin aparatında da özünü göstərəcək».

Mia.az-a verilən məlumata görə, yeni əsasnamədə nazir Əli Abbasovun müavinlərin sayı da artırılacaq: «Hələlik işçi qrupu bu məsələdə yekun rəyə gələ bilməsə də, nazirliyin yeni əsasnaməsində müavinlərin sayı 2-dən minimum 4-ə qaldırılacaq. Amma ola bilər ki, nazir müavinlərinin sayı 5 də olsun».

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler