» » Ruhun şad olsun, Heydər Baba! Vətən sağ olsun Azərbaycan!


Ruhun şad olsun, Heydər Baba! Vətən sağ olsun Azərbaycan!

Bölmə: Xəbər
 Ruhun şad olsun, Heydər Baba! Vətən sağ olsun Azərbaycan!

Dünən ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma” ictimai birliyi tədbir keçirdi.
Tədbiri giriş sözü ilə təşkilatın icraçı direktoru Elnarə Şərurlu açaraq ulu öndərin Azərbaycan xalqının tarixində göstərdiyi xidmətlərindən danışdı. Sonra sözü təşkilatın sədri Əlövsət Qasımova verdi. Əlövsət Qasımov tədbir iştirakçılarını salamladı. Ümummilli liderin hərbçilərə, əlil və veteranlara diqqət və qayğısından söz açdı. Sonra söz verildi Azərbaycan Milli Elmlər Akademiyasının Ədədbiyyat İnstitutunun mütəxəsisi,professor Asif Rüstəmliyə. Asif müəllim ulu öndərlə bağlı geniş nitq söylədi. Bildirdi ki, Heydər Əliyev tarixi şəxsiyyətdir. O, bütün sahələrdə dönüş yaratmış, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Heydər Əliyev haqqında saatlarla söhbət etmək olar. Heydər Əliyev bütün sahələrlə yanaşı elm-təhsilin inkişafına da xüsusi fikir verən dövlət rəhbəri idi. Sevindirici haldır ki, bu gün həmin kursu cənab İlham Əliyev uğurla davam etdirir. Tədbirdə çıxış edən digər natiqlər də Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən, dövlətimizin müstəqillik qazanmağındakı səmərəli fəaliyyətindən söz açdılar. Bildirdilər ki, Heydər Əliyev xalqın əbədi yaddaşında daima yaşayacaq və xatırlanacaq. Tədbirdə Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi diqqət və qayğısından danışan “Xalqinfo.az” xəbər portalının baş redaktoru Zamin Zeynal bildirdi ki, Heydər Əliyevin həyatı və fəaliyyəti böyük bir məktəbdir. Yaxşı olar ki, gənclərimizin hər biri bu məktəbdən yararlansın! Biz gənclər, hər bir Azərbaycan vətəndaşları gənc Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli,əbədiyaşar liderimizin qurub-yaratdığı müstəqil və müasir Azərbaycanı göz-bəbəyimiz kimi qorumalıyıq. Ruhun şad olsun Heydər baba, vətən sağ olsun Azərbaycan!
Xalqinfo.az xəbər xidməti
 Ruhun şad olsun, Heydər Baba! Vətən sağ olsun Azərbaycan!
 Ruhun şad olsun, Heydər Baba! Vətən sağ olsun Azərbaycan!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler