» » Şair-publisist Dilsuz Musayev: Xalq adı böyük addır.

Şair-publisist Dilsuz Musayev: Xalq adı böyük addır. "xalqinfo"-ya uğur olsun!

Bölmə: Xəbər, SÖHBƏT, BLOK XƏBƏR
Şair-publisist  Dilsuz Musayev: Xalq adı böyük addır.
Şair-publisist Dilsuz Musayev: gözəl addır xalqinfo, çalışın xalqın saytı olun!



Xalqinfo.az portalının rəhbərliyi filologiya üzrə fəlsəfə doktoru, Dilsuz Musayevlə görüşüb.
Xalqinfo.az xəbər portalı ədəbi-bədii düşüncə sahibləri ilə görüşlərini davam etdirir. Bu dəfəki görüşümüz 9 May Qələbə gününə təsadüf etdi. Elə, görüşümüz də təsadüf nəticəsində oldu. Bu təsadüfdən yaranan zərurət filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çox hörmətli Azərbaycan ziyalısı Dilsuz Musayevdir. Baxışımızda poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür. Sevimli şairimiz, həmkarımız Dilsuz Musayev kimi... Dilsuz Musayev poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirlərindən ayırmaq olmaz. Dilsuz Musayevin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir. Onun şeirlərini oxuduqca misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız nurla, şəfəqlə qidalanır. Bəli, istəkli izləyicilər! Istedadlı qələm sahibi Dilsuz Musayevlə görüşümüz əbədi xatirəyə çevrildi. O, bizi təbiətin qoynunda, təmiz havada çay süfrəsinə qonaq etdi. Biz də böyük məmnuniyyətlə ziyalı süfrəsinə qonaq olduq. Onunla söhbətimizdə bizdən nə işlə məşğul olduğumuzu soruşdu. Bildirdik ki, xalqinfo.az adlı saytda fəaliyyət göstəririk. Saytın adı hörmətli şairimizin diqqətini cəlb etdi. Gözəl addır xalqinfo... maraqlı ad fikirləşmisiniz. Eşq olsun gənclərimizə... Çalışın xalqın adını daşıyan bir sayt kimi, hər zaman oxunaqlı, izlənilən, sevilən sayt olun!Yeri gəlmişkən, saytın adı kimi sizin qabiliyyətiniz də xoşuma gəldi, sizinlə əməkdaşlq edəcəm. Gərək biz yaşlı ziyalılar sizin səhviniz olanda deyək ki, siz də nəticə çıxararaq inkişaf edəsiniz. Xalq adı böyük addır, çalışın bu ada sadiq qalın, xalqımız da sizinlə öyünsün! Sizə uğurlar arzulayıram. Çox sağ olun! Hörmətli ziyalımız Dilsuz Musayev, dəyərli fikirlərinizə görə minnətdarıq...
Zamin Zeynal xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler