» » Beynəlxalq Bank milyardları oliqarxlara müqaviləsiz veribmiş

Beynəlxalq Bank milyardları oliqarxlara müqaviləsiz veribmiş

Bölmə: Xəbər
Beynəlxalq Bank milyardları oliqarxlara müqaviləsiz veribmiş
“Kredit oliqarxlarının” işi barədə daha bir qalmaqallı nüans üzə çıxıb.

“Xalqinfo” virtualaz.org saytına istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı milyardlarla dollar krediti oliqarxların bir çoxuna onlarla borc müqaviləsi imzalanmadan ayırıb.

Saytın yaydığı məlumata görə, hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında müstəntiqlər oliqarxları Beynəlxalq Bank qarşısında kredit öhdəliklərinə dair yeni müqavilələr imzalamaq üçün “dilə tutur”.

“Kredit oliqarxları”nın işi üzrə vəkillər aydınlaşdırıblar ki, bu işdə adı keçənlərdən yalnız biri - Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov kredit əvəzində daşınmaz əmlak girov qoyub. Qalanların əksəriyyəti isə milyardlarla dollar krediti heç bir girov qoymadan əldə ediblər. İndi Beynəlxalq Bankın rəhbərliyinin bu “səhvini” müstəntiqlər düzəltməyə çalışır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler