» » Keçmiş icra başçısı da deputatlığa namizəd oldu

Keçmiş icra başçısı da deputatlığa namizəd oldu

Bölmə: Xəbər
Keçmiş icra başçısı da deputatlığa namizəd oldu

Salyan rayonunun keçmiş icra başçısının deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Bu barədə virtualaz.org saytının Şirvan bürosuna 59 saylı Salyan seçki dairəsindən məlumat verilib.

Məlumata görə, müvafiq qərar seçki dairəsinin bu gün keçirilən iclasında qəbul olunub.

2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləmiş Yusif Ələkbərov YAP üzvü olsa da noyabrın 1-nə təyin olunan növbəti parlament seçkilərində iştirak etmək üçün namizədliyini özü irəli sürmüşdü.

Qeyd edək ki, bu dairə üzrə artıq iki namizəd qeydiyyata alınıb. Onlar namizədliyi özü tərəfindən irəli sürülmüş Azərbaycanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, indiki deputat Əlağa Hüseynov və namizədliyi YAP tərəfindən irəli sürülən həkim-travmatoloq İlqar Ağabəyovdur.

59 saylı Salyan seçki dairəsi üzrə daha 4 nəfər də namizədliyini irəli sürüb. Bunlar Müsavat Partiyasının divan üzvü Valeh Hümmətoğlu, Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı, VHP-ni təmsil edən jurnalist Ramal Hüseynov və namizədliyi özü tərəfindən irəli sürülmüş orta məktəb müəllimi İbrahim Davudzadədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler