» » Bayram günləri hava necə olacaq?

Bayram günləri hava necə olacaq?

Bölmə: Xəbər
Bayram günləri hava necə olacaq?

Azərbaycanda mülayim isti hava şəraiti bayram günlərində - sentyabrın 25-i və 26-ı da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir.

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 23-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler