» » 23 yaşında dünyanın ən seksual qadını oldu

23 yaşında dünyanın ən seksual qadını oldu

Bölmə: Xəbər, MARAQLI
23 yaşında dünyanın ən seksual qadını oldu

//xalqinfo.“33” – LAYİHƏ Layihəmizin bugünkü qonağı Hollivudun gənc ulduzu, 20 yaşında “Oskar”a namizəd olan Cennifer Lourensdir. Lourens təkcə istedadı ilə deyil, xarici görünüşü ilə də gündəmə gəlməyi bacarır. Elə bu gün dünyaca məşhur “FHM” jurnalı Cenniferi dünyanın ən seksual qadını seçib. “Siyasətçi deyiləm ki, yalan danışım” Avqustun 25-də Cenniferin 24 yaşı tamam olacaq. ABŞ-ın Kentukki ştatında, inşaat şirkətində çalışan Qeri Lourens və müəllimə Karen Lourensin evində anadan olub. Artıq 14 yaşında aktrisa olmaq qərarına gəlib və valideynlərinin razılığı ilə Nyu Yorkda baş çəkdiyi reklam agentlikləri onun istedadını yüksək qiymətləndirib. Valideynləri əvvəlcə onun aktrisa olmasına qəti etiraz ediblər. Kino karyerasına başlamaq üçün məktəbi iki il tez bitirib. “Parta arxasında oturmaq mənim üçün işgəncə idi” Məktəbdə Lourensi məşhur müğənni Cennifer Lopez kimi “Cey Lo” çağırıblar. 2006-cı ildə “Dedektiv Monk” serialında debüt edib. Solaxaydır. “Billi İnqvalın şousu” serialındakı roluna görə 2009-cu ildə “Gənc aktyor” yarışmasında “ən yaxşı gənc aktrisa” nominasiyasında qalib gəlib. 2008-ci ildən Lourens parlamağa başlayıb. Həmin il “Poker evi” dramındakı rolu ona böyük uğur gətirir. “Yanan səhra” filmi aktrisaya beynəlxalq arenada tanınmaq şansı verir. Şarliz Teron və Kim Besincer kimi ulduzların yer aldığı film istənilən uğuru qazanmasa da, Lourens Venesiya festivalında “Marçello Mastroianni” mükafatını qazanır. Aktrisa Emma Stounla yaxın rəfiqədir. Əslində, Lourens “Alaqaranlıq” filmindəki Bella obarazına təsdiqlənsəydi, daha tez məşhurlaşa bilərdi. Lourens klassikanı sevir. “Mənim sevgilim dəlidir” filminin çəkilişləri zamanı aktrisa “Anna Karenina”nı oxuyub. Cennifer müasir və populyar ədəbiyyatı da sevir. Aktrisa “Harri Potter” silsiləsindən olan kitabları düz dörd dəfə oxuyub. 2011-ci ildə Lourens “Oskar” və “Qızıl qlobus” yarışında Natali Portmana uduzsa da, “Qış sümüyü” filmindəki ifası tənqidçilər tərəfindən yüksək qiymətləndirilir. Lourens pivə içməyi və striptiz kluba getməyi xoşlayır. Aktrisa keçmiş həyatında kişi olduğunu deyir. Onun sevimli filmləri, əsasən, komediya janrındadır. “Bricit Consun gündəliyi” və “Merinin dərdindən dəli” filmləri bunlardan, sadəcə, ikisidir. “Mənim sevgilim dəlidir” filmindəki Tiffani Maksvell roluna görə “Oskar” qazanıb. 2013-cü ildə “AskMen” jurnalının keçirdiyi sorğuya əsasən, Lourens dünyanın ən arzuolunan qadını seçilib. Təbii sarışındır. “Aclıq oyunları” filminin çəkilişləri zamanı saçını qara rəngə boyayıb. Syuzen Kollinsin eyniadlı bestselleri əsasında ekranlaşdırılan “Aclıq oyunları” və “Mənim sevgilim dəlidir” filmləri prokatda istənilən nəticəni qazanır. Meril Strip, Lora Linni və Keyt Blanşet sevimli aktrisalarıdır. Ruhlardan qorxur. “Miss Dior” çanta kolleksiyasının reklam simasıdır. Sevimli yeməyi qızartma toyuq və düyüdür. Yunanıstan və Hindistana səyahət etmək istəyir. 2011-2013-cü illərdə aktyor Nikolas Holtla sevgili olub. Onlar “İks adamlar: birinci sinif” filminin çəkilişləri zamanı tanış olublar. “Mənim sevgilim dəlidir” filminin çəkilişlərindən sonra aktrisanın Bredli Kuperlə sevgili olması barədə şayiələr yayılsa da, xəbər təsdiqini tapmayıb. Hazırda aktrisa Kaliforniyanın Santa-Monika şəhərində yaşayır. - See more at:

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler