» » Şəki sakinləri çadırlarda gecələyəcəklər

Şəki sakinləri çadırlarda gecələyəcəklər

Bölmə: Xəbər, Sosial
Şəki sakinləri çadırlarda gecələyəcəklər
Şəkidə baş verən güclü zəlzələ iki kənddə dağıntı törədib. Rayonun Bolludərə və Qaratorpaq kəndində bəzi ailələr gecəni çadırda keçirəcək.


Xalqinfo” xəbər verir ki, Bolludərə kənd bələdiyyəsinin sədri Mehman Rəcəbovun anspress-ə verdiyi məlumata görə, kənddə bəzi evlərin divarları dağılıb. Bolludərədə uşaq bağçası tamamilə yararsız hala düşüb. Kəndin iki məktəbi də ciddi xəsarət alıb. Taxıl anbarı isə qəzalı vəziyyətə düşüb.

"Kənddəki bəzi evlər yararsız hala düşdüyü üçün Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həmin evlərin sakinlərinə gecələmələri üçün çadırlar paylanacaq", - deyə Rəcəbov bildirib.

Oxşar hadisə Qaratorpaq kəndində də yaşanır. Həmin kənddə də evlərə ciddi ziyan dəyib.

"Bu gün baş verən zəlzələdə ən çox zərər Qaratorpaq kəndinə dəyib. Kənddə bəzi evlərin divarları uçub. Bəzi mənzilərdə yaşamaq olar. Çünki divarların bəzi hissəsi dağılıb. Ancaq bir sıra evlərdə gecələmək mümkün olmadığı üçün həmin sakinlərə də çadırlar paylanacaq. Kənddə həmçinin uşaq bağçası və seçki məntəqəsi də yararsız vəziyyətə düşüb", - deyə M. Rəcəbov deyib.

Ziyan dəyən hər iki kəndə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və FHN-in yüksək vəzifəli şəxsləri baş çəkərək öz tapşırıqlarını veriblər. Zərər çəkən evlər qeydiyyata alınıb.

Bu gün səhər yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə zəlzələ qeydə alınmış, episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunmuşdu.

Zəlzələ Şəki ilə yanaşı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən və digər ətraf rayonlarda hiss edilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler