» » Onlar hər an təhlükə yarada bilər

Onlar hər an təhlükə yarada bilər

Bölmə: Xəbər, BLOK XƏBƏR
Onlar hər an təhlükə yarada bilər

“Olaylar” qəzeti “Zəif alim, uğursuz məmur” başlıqlı yazı dərc edib. Yazıda Azərbaycanda nurçuluq poblemi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun fəaliyyətindən bəhs olunur. “Qafqazinfo” həmin yazını təqdim edir:


Hakimiyyətin ayrı-ayrı qollarında təmsil olunan Fətullah Gülən təriqətinə mənsub şəxslərin təmizlənməsi davam edir. Bəllidir ki, Gülən camaatı Türkiyədə siyasi hakimiyyətə xəyanətdə suçlandırılıb. Gülən camaatına bağlı nurçu məmurlar Türkiyə siyasi hakimiyyətindən uzaqlaşdırılır.
Türkiyədə haqlı olaraq hesab edilir ki, nurçular dövlət hakimiyyətinə təhlükə yarada bilərlər. Bələdiyyə seçkiləri ərəfəsində Gülən camaatına mənsub məmurların AKP iqtidarına yaşatdığı zor anlar yaddaşlardadır. Gülən camaatına mənsub şəxslər dövlətin yüksək qurumunda-Təhlükəsizlik Şurasında gedən müzakirələri belə mətbuata sızdırmaqdan çəkinmədirlər. Dövlət sirrini yaymış bu təriqətin tamamən sıradan çıxarılmasına qərar verildi. Türkiyə ilə yanaşı qardaş türk dövlətlərində, o cümlədən Azərbaycanda da nurçulardan təmizlənmə əməliyyatları başlandı. Bu günə qədər əhəmiyyətli postlar tutan iki gülənçi məmur işdən azad olunub. Ancaq hakimiyyət strukturlarında gülənçilər qalır və onlar siyasi hakimiyyət üçün hər an təhlükə yarada bilərlər. Onlardan biri də Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdur.

SAM-a direktor təyin olunan gündən bu gənc gülənçi heç nə ilə yadda qalmayıb. Bu adamın adı davamlı olaraq Gülən təriqəti ilə hallanır. Əsas funksiyası elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat işi olan SAM F.Məmmədovun rəhbərliyində ciddi nəticələr qazana bilməyib.

Mərkəz daxili və xarici siyasət sahələrində araşdırmalar aparmalı, Azərbaycanın dünyada tanıdılması ilə bağlı işlər görməlidir. Bu yaxınlarda keçirilən toplantıların birində F.Məmmədov bildirib ki, bu günə qədər mərkəz ümumilikdə 56 tədbir həyata keçirib ki, bunlardan 28-i Azərbaycanda, 28-i xaricdə baş tutub. SAM dünya beyin mərkəzləri siyahısında 123-cü sırada qərarlaşıb. SAM direktoru onu da əlavə edib ki, Cənubi Qafqazda bu tip təşkilat yoxdur. F.Məmmədov rəhbərlik etdiyi quruma “beyin mərkəzi” deyir, ancaq bu qurum ciddi bir ideyası ilə diqqət mərkəzinə gəlməyib. Ayda bir dəfə dünyada, regionda baş verən hadisələrin analizini adi bir analitik mərkəz də həyata keçirə bilər. Məsələn, tanınmış politoloq Mübariz Əhmədoğlunun rəhbərlik etdiyi SİTM daha sanballı, geniş əhatəli aylıq təhlilləri ilə seçilir. Bu qurumların büdcələrini müqayisə etmək belə düzgün deyil. Hər il dövlət büdcəsindən milyonlar ayrılan dövlətin beyin mərkəzi adlanan qurum ciddi bir uğuru ilə yadda qalmayıb. Bu milyonların rusdilli kreativ nurçu gənclərin əyləncəsinə sərf olunduğu şəksizdir. Kreativ nurçu gənclər dövlət vəsaiti hesabına xarici ölkələri gəzir, “beynəlxalq konfrans” adı ilə maxinasiya ilə məşğul olurlar. “Cənubi Qafqazda analoqu olmayan” qurum bu günə qədər informasiya müharibəsində olduğumuz ermənilərə hansı zərbəni vurub? Hansı uğurlu beynəlxalq tədbiri, nəşri, aksiyası ilə yadda qalıb? Təəssüf ki, heç bir nəticə yoxdur. Bu azmış kimi SAM direktorunun adı dünyəvi dövlət üçün aşkar təhlükə doğuran gülənçi təriqətlə birgə hallandırılır. Yayılan məlumata görə, Fərhad Məmmədovun yazdığı elmi iş də qüsurludur.

Məlumata görə, F.Məmmədov 2003-cü ildə BDU-nun tarix fakültəsinin magistratura pilləsini bitirib. İxtisasca tarixçi olmasına baxmayaraq o, 2003-cü ilin dekabrında AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aspirantura pilləsinə daxil olub və 2009-cı ildə “Qloballaşmanın mənəvi etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. İddia olunur ki, Fərhad Məmmədovu Ali Attestasiya Komissiyası qanunsuz müdafiəyə buraxıb və ona alimlik diplomu verib. Belə ki, onun Avtoreferatında göstərilən məqalələrin siyahısı AAK-n tələblərinə cavab vermir. Bu qurumun tələblərinə görə iddiaçının ən azı bir məqaləsi xaricdə dərc olunmalıdır.

Fərhad Məmmədovun Avtoreferatında göstərilən məqalələrinin siyahısında xaricdə dərc olunmaq adı ilə 2 məqaləsinin adı yer alıb. Bu məqalələrin hər ikisi İstanbulda Gülən camaatının (nurçular) ciddi nəzarəti altında olan “Dialoq Avrasiya” jurnalının 18 və 22-ci nömrələrində dərc olunub. “Dialoq Avrasiya” jurnalı həm də elmi jurnal olmadığından AAK ümumiyyətlə bu jurnalı tanımır. Maraqlıdır, deyilənlərə görə, ingiliscə gözəl bilən Fərhad Məmmədov nədən Avropada dərc olunan elmi jurnallara üz tutmayıb? Dissertasiyanın Azərbaycan dilində yazılmasına baxmayaraq Avtoreferatda göstərilən 8 məqalənin 7-i rus dilindədir. Qeyd olunur ki, “beyin mərkəzi”nin rəhbəri Fərhad Məmmədov müdafiə zamanı Müdafiə Şurasının üzvlərinin verdiyi sualların heç birinə dolğun cavab vermədiyindən onun cavabları istehza və gülüşlə qarşılanırmış. Onun dissertasiya işi olduqca zəif işdir və dissertasiyada ciddi qusurlar var.qafqazinfo/


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler