» » “Gənclər Arasında Konstitusiyamızın Təbliği” adlı layihənin sorağı bu dəfə Mingəçevirdən gəldi

“Gənclər Arasında Konstitusiyamızın Təbliği” adlı layihənin sorağı bu dəfə Mingəçevirdən gəldi

Bölmə: Xəbər
“Gənclər Arasında Konstitusiyamızın Təbliği” adlı layihənin sorağı bu dəfə Mingəçevirdən gəldi

Xalqinfo.az xəbər verir ki,Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Gənclər Arasında Konstitusiyamızın Təbliği” adlı layihənin icrasının ikinci mərhələsinə start verilib. `14 avqust 2015-ci il tarixində layihənin ikinci mərhələsinə start verən Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi 22 avqust tarixində Mingəçevir şəhərində təlimlərə başlayıb.

Mingəçevir şəhərində gənclərlə görüş Mingəçevir şəhəri İcra Hakimiyiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu görüşdən Mingəçevirin gəncləri də, razı qalıb. Bu gün Mingəçevir şəhərində yaşayan onlarla gənc “Gənclər Arasında Konstitusiyamızın Təbliği” adlı layihənin iştirakçısı olub və sertifikatlarla təltif olunub.
Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində Azərbaycan Konstitusiyasının gənclər üçün olduqca vacib maddələrini önə çəkərək, onlara informasiya xarakterli kitab və bukletlər də paylanılıb.
Xatırladaq ki, layihənin ilk təlimləri 14 avqust tarixində Quba şəhərində, 21 avqust tarixində isə Gəncə şəhərində uğurla keçirilmişdi.

Qeyd edək ki, Layihə çərçivəsində təlimlərin Sumqayıt və Bakı şəhərlərində də, keçiriləcəyi nəzərdə tutulur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler