» » "Leysan olacaq" -

"Leysan olacaq" - XƏBƏRDARLIQ

Bölmə: Xəbər
"Leysan olacaq" -

Avqustun 27-dək qeyri-sabit hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqdar xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 27-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək".

***
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gündüz 24-28, axşam 19-22 dərəcə isti olacaq.
Bölgələrdə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.
G. Məmmədova deyib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti avqustun 27-dək davam edəcək. Havanın soyumasına şimaldan hərəkət edən soyuq hava kütlələri səbəb olub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler