» » “Yeni Rus İmperializmi”nə qarşı nə etməli?

“Yeni Rus İmperializmi”nə qarşı nə etməli?

Bölmə: Xəbər, Köşə
“Yeni Rus İmperializmi”nə qarşı nə etməli?
“Yeni Rus İmperialzmi” qurmaq istəyənlər Yeni Turanı-Türk Federasiyasını doğurmuş olacaqlar
II yazı

Hazırda Azərbaycanda bölücülüyü həyata keçirmək üçün antiazərbaycan, antitütürk dairələr «Avrasiyasılıq» (“Yeni Rus İmperializmi”) adı altında Türk dövlətlərini, o cümlədən Azərbaycan türklərini yeni bir oyuna gətirməyə çalışırlar. İki əsrdə Azərbaycanı iki dəfə, özü də hərbi güclə işğal edən Rusiya üçüncü dəfə, hərbi gücdən istifadə etmədən imperiya maraqlarını həyata keçirməyə çalışır. Bu zaman rus ideoloqları sovet dövrünün nostalgiyası ilə yaşayan sovet nəslindən maksimum faydalanmağa çalışırlar.
Çünki gənc nəsil azadlığa, demokratiyaya, Türk birliyinə çox meyil etdiyi halda, sovet nəslinin böyük əksəriyyəti bunu qəbul etmir, yaxud da etmək istəmir. Şübhəsiz, bunlar ilk növbədə ictimai şüurla, ictimai psixologiya ilə bağlıdır. Məsələn, sovet nəslinin əksəriy¬yəti¬nin demokratiyaya antisimpatiyası əvəzində «rus kommun¬izm»inə müsbət münasibətinin əsasında sovet dövrü və şəraiti, sovet ideolo¬giyası dayanır. Bu, başqa cür də ola bilməz.
Xüsusilə, sovet nəslinin böyük bir qisminin kommunizm dedikdə, marksizm banilərinin kommunizminə deyil, «rus kommunizmi»nə tapınmaları ideyaya bağlılıqdan daha çox, dövrün reallıqları və gerçəklikləri ilə bağlıdır. Bu, artıq ideyaya olan könüllü sevginin təzahürü ola bilməz. Burada zorakılıq və həmin zorakılığın «sevgiyə» çevrilməsi prosesi açıq şəkildə özünü büruzə verir. Bunun da nəticəsidir ki, sovet nəslinin xeyli qismi faktiki olaraq «rus kommun-izmi»ni unuda bilmir, unuda bilmədiyi üçün də demokratiyaya kapitalizmin ünsürü kimi yanaşır. Onların fikrincə, demokratiya anarxiya, özbaşınalıq deməkdir. Bütün bunlar sovet nəsinin əksəriyyəti üçün yalnız mənfi amillərdir. Bu mənada, Rusiyadan əsən “zəhərli yellər” belə cəlbedici görünür.
Ancaq yeni nəslin, yəni sovet mühiti ilə ya çox az bağlı olanlar, ya da ümumiyyətlə bağlı olmayanların demokratiyaya, azadlığa, o cümlədən milli demokratiya¬ya münasibəti xeyli dərəcədə fərqlidir. Bunun da başlıca səbəbi var:
1) «rus kommunizmi» ideologiyasından, sovet mühitindən xeyli fərqli bir şəraitdə yetişmələri və demokratiyaya keçid, yaxud demokratiya quruculuğu dövründə yaşamaları;
2) Azərbaycanda demokratiya ənənələri, xüsusilə Azərbaycan Cümhuriyyəti dövründəki milli demokratiya ideyaları ilə tanışlıq.
Birincisi, fikrimizcə, «rus kommunizmi» (sovet) ideolo¬giyası mühitində yetişməyən, onu görməyən, ya da çox az görən faktiki olaraq təsir dairəsi az olan yeni nəslin «rus kommunizmi» və “Yeni Rus İmperializmi”nə münasibəti sovet nəslindən xeyli dərəcə də fərqlidir. Ən azı yeni dövr nəslinin düşüncəsində pis və yaxşı fərq etməz, «rus kommun¬izmi» və “Yeni Rus İmperializmi” xülyası yoxdur. Digər tərəfdən hər bir gənc pis və yaxşı yaşadığı dövrün, mühitin, təhsilin və mədəniyyətin yetişdirməsidir. Doğrudur, yeni nəslin arasında da elələri var ki, sözün həqiqi mənasında demokratiya, milli demo¬kratiya anlayışlarını dərk etmirlər. Ancaq belə gənclərin «rus kommunizmi» haqqında da təsəvvürləri demək olar ki, yox dərəcəsindədir. Bu mənada, həmin gənclərin də təsəvvürlərinin demokratiya, milli demokratiya lehinə yönəlməsi ümidi daha çoxdur, nəinki hər hansı imperalizm təfəkkürünə.
İkincisi, yeni nəsilin sovet nəslindən fərqli olaraq orta məktəbdən başlayaraq ümumi şəkildə də olsa, azadlıq və milli demokratiya anlayışlarını mənimsəmək şansları var. Özləlliklə, «Azərbaycan tarixi» fənnində demokratiya və milli demokratiyanın Azərbaycanda təşəkkülü və inkişafını görürlər. Eyni zamanda, yeni nəslin imperiya müstəmləkəçilik mühitində və təhsilində deyil, müstəqil Azərbaycan mühitində və təhsilində bu anlayışları mənimsəməsi də vacib amillərdəndir. Məsələn, Azərbaycan Cümhuriyyəti dövründəki millətçi demo¬krat¬larla tanışlıq, onların ideyalarının öyrənilməsi yeni nəslin şüurunun formalaşmasında xeyli dərəcədə müsbət təsir göstərir. Yeni nəsil anlayır ki (hamısı olmasa da), yaxın tarixdə demo¬kratiya¬ya və «rus kommun¬izmi»nə münasibətdə onların ata-babaları hansı yolu tutmuşlar! Deməli, sovet nəslindən fərqli olaraq yeni nəslin bu ideyaları müqayisə etmək şansları da var.
Gördüyümüz kimi, nilli və imperialist ideya xəttinə münasibətdə sovet və yeni nəsil arasında nə qədər ziddiyyətlər mövcuddur. Bu cür ziddiyyətlərin mövcud¬luğu, üstəlik modernəlşmə, postmodernləşmə və vətəndaş cə¬miy¬yəti ideyalarının da yayıldığı bir dövrdə milli şüurun asan şəkildə formalaşması prosesinin həyata keçirilməsi mümkün de¬y¬il¬dir. Ən azı ona görə ki, Azərbaycan xalqı «rus kommun¬iz¬mi»ndən tamamilə qurtulub milli demo¬kratiyaya uyğunlaş-ma¬dığı bir dövrdə, yeni ideyaların da təsirinə məruz qalır. Bu isə, istər-istəməz milli şüurun formalaşması prosesinə əngəl olur.
Milli şüurun formalaşması prosesinin ləngiməsi fonunda, buna alternativ olaraq Azərbaycan cəmiyyətində kənar ideyalar və ona uyğun qeyri-milli şüur formaları toplumun ayrı-ayrı təbəqələrinə bu və ya digər dərəcədə təsir göstərir. Çünki milli şüuru istənilən səviyyədə olmayan insanlar istər-istəməz alterantiv ideyaların ya təsirinə məruz qalır, ya da özləri kənar ideyalara meyil göstərirlər. Bu, xüsusilə gənc bir dövlət üçün çox təhlükəlidir.
Milli şüuru normal səviyyədə formalaşmayan bir cəmiyyətdə kənar ideyalarla bağlı mövcud olan təsəvvürlərin özü də yarımçıq olur. Bu yarımçıqlıqlar insanların ictimai şüurunda natamamlıq kompleksi yaradır. Hər halda, Azərbaycan cəmiyyətinin ictimai şüurunda yarımçıq demo¬kratiya, yarımçıq kommunizm, yarımçıq liberalizm, yarımçıq vətəndaş cəmiyyəti, yarımçıq islamçılıq, yarımçıq türkçülük, yarmıçıq azərbaycançılıq hakimdir. Yəni bizdə bütün bunların hamısından var, ancaq yarımçıq formada. Bütün bu yarımçıqlıqlar isə Azərbaycan cəmiyyətində milli şüurun formalaşmasına və milli varlığını tam qüvvəsilə müdafiə etməyə imkan vermir.
Yaxın iki əsr ərzində milli yaddaşı dolaşdırılan bir cəmiyyətin bu problemi həll etmədən hər hansı bir modelə üz tutması asan deyildir. Öncə milli yaddaş şüuru bərpa olunmalı, daha sonra hansısa yeni bir modelin tətbiqinə cəhd göstərilməlidir. Əgər milli yaddaş şüuru bərpa olunmadan cəmiyyətə hər hansı bir model (“Yeni Rus İmperializmi”, “Türk Birliyi”, “Avropa Birliyi” və b.) təklif olunarsa, cəmiyyətin müxtəlif təbəqələri ona fərqli təpkilər verəcəklər. Çünki cəmiyyətin əksəriyyətinin vahid milli şüuru formalaşmamışdır. Bu proses hələ, getməkdədir. Bir sıra obyektiv və subyektiv səbəblərdən dolayı milli şüurun, milli mənliyin formalaşması ləng gedir.
Ona görə də Avropadan, İslam və Türk dünyasından, Rusiyadan gələn “yeni modellər”ə münasibət birmənalə deyildir. Amma bu modellər arasında Türk birliyi və Avrasiyaçılıq (“Yeni Rus İmperializmi”) Azərbaycan cəmiyyətini daha çox cəlb edir. Əgər Türk birliyi daha çox gənc nəslin maraq dairəsindədirsə, “Yeni Rus İmperializmi” isə yaşlı “sovet” nəsli üçün aktuallığını qoruyub saxlayır. Dünənə qədər formal da olsa, Azərbaycanın müstəqilliyindən ağızdolusu danışanların çoxu Rusiyayanlı olduğunu gizlətmirlər. Bu bir acı həqiqətdir ki, müstəqillik sözlə və formallaıqla ola bilməz. Müstəqillik-bağımsızlıq millətin ruhunda, şüurunda olmalıdır. Müstəqillik vəzifə və maddiyyətlə heç ölçülə bilməz. O, bir şərəf və namus məsələsidir.
“Yeni Rus İmperializmi”nə qarşı yeganə xilas yolumuz Azərbaycan Milli İdeyasıdır. Azərbaycan Milli İdeyasının təməl prinsipləri isə türkçülük, islamçılıq və çağdaşlıqdır. Azərbaycan xalqının “Yeni Rus İmperializmi” təfəkkürünə qarşı ən güclü silahı Türk birliyidir. Türk birliyinin strateji bir hədəfə çevrilməsinin zamanı çoxdan gəlmişdir. Rusiya qarşısında güclü və hədəfi bəlli bir Türk Birliyini görərsə onunla hesablaşmaq məcburiyyətində qalacaqdır.
Hər halda, Rusiya güclü bir Türk Birliyinə qarşı çıxaraq Azərbaycana, Qazaxıstana, Özbəkistana, Türkmənistana, Qırığızıstana əl belə sürə bilməz. Əgər belə bir niyyətə düşərsə belə artıq qarşısında bir yox, bir neçə Türk dövlətini görməli olacağını, üstəlik Rusiya Federasiyasının tərkibindəki Türk muxtar respublikalarının da yer dəyişdirə biləcəyini nəzərə almaq zorunda qalacaqdır. Artıq nəinki müstəqil Türk dövlətləri, hətta Rusiya Federasiyasının tərkibindəki Türk muxtar respublikalarında (Tatarıstan, Saxa, Kalmıkya, Altay vəb.) da Türk-Turan ruhu yüksələn xətlə davam etməkdədir.
Bu mənada, “Yeni Rus İmperializmi”nin Türk dövlətlərinə qarşı yönəlməsi Rusiya üçün ürəkaçan olmayacaqdır. “Yeni Rus İmperializmi” qurmaq istəyənlər Yeni Turanı-Türk Federasiyasını doğurmuş olacaqlar....
Rusiya isə 17-ci əsrə qədər olduğu kimi Moskva və onun ətrafından ibarət olacaq, Türk Fedrerasiyası ilə hesablaşmalı bir duruma gələcəkdir...
Təbii ki, Rusiyanın ardınca Avropanı, bütün Qərb dünyasını da belə bir durum gözləyir...

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler