» » Nazirdən pullu təhsil alan tələbələrə təqaüd vədi...

Nazirdən pullu təhsil alan tələbələrə təqaüd vədi...

Bölmə: Xəbər
 Nazirdən pullu təhsil alan tələbələrə təqaüd vədi...
Azərbaycanda tələbələrə təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir.

Bunu ANS telekanalına müsahibəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır.

Pullu, yəni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir: “Biz bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir”.

M.Cabbarovun sözlərinə görə, “dövlət sifarişli” təhsilə el arasında “pulsuz təhsil” də deyilir.

Əslində isə bu, pulsuz deyil, pullu təhsildir. Sadəcə olaraq bu təhsilin pulunu dövlət qrant kimi ödəyir: “Mən təbii olaraq, bu sistemin qorunmasının tərəfdarıyam. Lakin biz bir məsələdə artıq islahata başlamışıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler