Prezident naziri Təşkilat Komitəsinin sədri təyin etdiBölmə: Xəbər
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. “Xalqinfo” xəbər verir ki, sərəncama görə, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Təşkilat Komitəsinin üzvləri Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|