» » "Əli Kərimli mənə müavinlik və "Azadlıq" qəzetinin nəzarətini təklif edib"

"Əli Kərimli mənə müavinlik və "Azadlıq" qəzetinin nəzarətini təklif edib"

Bölmə: Xəbər
"Əli Kərimli mənə müavinlik və "Azadlıq" qəzetinin nəzarətini təklif edib"
Bir müddət öncə Müsavat Partiyasından istefa verən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğu bundan sonrakı fəaliyyətinə aydınlıq gətirib.

R.Arifoğlu Trend-ə açıqlamasında bundan sonra hər hansı siyasi partiyada təmsil olunmayacağını bildirib: "Mən medianın xeyrinə seçim etmişəm, bu sahədə də fəaliyyətimi davam etdirəcəyəm".

Baş redaktor istefası ilə bağlı Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin mövqeyinə də münasibət bildirib: "İsa bəyin narahatlığını səmimi hesab edirəm. O, böyük tarixi olan "Yeni Müsavat" qəzetinin bir siyasi düşərgədən ayrılıb iqtidar düşərgəsinə xidmət edə biləcəyindən narahatdır və görürəm ki, bunu istəmir. Bunu, əslində, mən də istəmirəm, bu baxımdan da burada baxışlarımızda fərq yoxdur. Hesab edirəm ki, media düşərgəli olmamalıdır, partiyaya xidmət etməməlidir. Tam müstəqil olmalıdır. Mənim son addımlarım da bu istiqamətdədir".

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən milli mətbuatın 140 illik yubleyi münasibətilə təltif edildikdən sonra AXCP-nin tənqidlərinə münasibət bildirən R.Arifoğlu vurğulayıb ki, AXCP və Əli Kərimliyə yaxın adamlardan gələn tənqid uzun müddətdir davam edir və bunun təltiflə əlaqəsi yoxdur:

"Bu, bir siyasi liderin - Əli Kərimlinin bir media kapitanına qarşı uzun müddətdir apardığı mənəvi terrorun yeni fraqmenti idi. İndi Prezident İlham Əliyevlə şəkillərimin yayılması onlara yeni "arqumentlər" verib. Bunun da səbəbi həm qısqanclıq, həm də məni özlərinə tabe etdirə bilməməyin qisasını almaqdır. Əli Kərimli müxalifət düşərgəsinə tam sahiblənmək istəyir. Lakin nə qədər ki, müstəqil "Yeni Müsavat" media qrupu var, bunu bacarmır. Münasibətlərimizin nisbətən yaxşı vaxtlarında bir neçə dəfə mənə açıq təklif edib ki, onun birinci müavini olum, hətta "Azadlıq" qəzetinin nəzarətini mənə təklif edib. Lakin mən hər dəfə ona "yox" demişəm, bir müddət sonra da şantaj kampaniyası davam edib".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler