» » Elçin Şıxlı: "Rauf Mirqədirovun məsumluğuna inanıram"

Elçin Şıxlı: "Rauf Mirqədirovun məsumluğuna inanıram" (VİDEO)

Bölmə: Xəbər, BLOK XƏBƏR
Elçin Şıxlı: "Rauf Mirqədirovun məsumluğuna inanıram"
Bu saat Rauf Mirqədirovu və Leyla Yunusu söyənlər də, qızğın müdafiə edənlər də, əslində özlərini risk altına qoyurlar. Çünki, həqiqətin əslində nə olduğunu heç kim bilmir. Təsəvvür edək: istintaq sübut edir ki, Leyla Yunus doğrudan bir məsummuş… Onda onu bu gün kəskin tənqid edənlərin vəziyyəti necə olacaq? Ya da onu müdafiə edənlər təkzibolunmaz fakt qarşısında qalsalar necə olacaq… Eləcə də Raufçular və ya anti Rauflar… Rauf məsələn qəflətən sabah Dövlət Televiziyasına çıxıb etiraflar etsə, özlərini necə aparacaqlar? Suallar çoxdur və onları heç də həmişə müstəntiqlər vermir…

Qonağımız Elçin Şıxlıdır.

“Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı: "İş orasındadır ki, Raufa qarşı həddən artıq çox ciddi ittiham irəli sürülübdür. Ona görə də burda soyuqqanlı olmaq mütləq lazımdır. Mənim Raufun günahsız olduğuna əmin olub-olmadığımdan asılı olmayaraq, mən özümü burada təmkinli aparmalıyam. Çalışmalıyam ki, istintaq gedirsə, mən də bu istintaqa - Raufun məsumluğunun sübut etmək üçün əlimdən gələn hər şeyi edim, yəni istintaqa kömək edim. Mənə elə gəlir ki, həddən artıq boş yerə səs-küy salmağa ehtiyac yox idi hər halda...”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler