» » Gürcüstandakı tarixi abidələrimiz bərpa olunacaq

Gürcüstandakı tarixi abidələrimiz bərpa olunacaq

Bölmə: Xəbər, Mədəniyyət
Gürcüstandakı tarixi abidələrimiz bərpa olunacaq
Gürcüstan hökuməti ölkə ərazisindəki qədim tarixi abidələrin bərpası ilə əlaqədar xüsusi layihə hazırlayıb. Azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə mövcud olan tarixi abidələr də bu layihəyə daxil edilib. ANS PRESS-in məlumatına görə, bu sözləri müsahibəsində Gürcüstanın mədəniyyət və tarixi abidələr naziri Mixeil Georqadze deyib.



Nazir bildirib ki, arxeoloqlar Kvemo Kartli-Borçalı bölgəsində, Bolnisi, Marneuli, Qardabani və digər rayonlarda azərbaycanlılara məxsus tarixi abidələri araşdırıb və pasportlarını hazırlayıb. Artıq bu rayonlarda XIIV-XIIIV əsrlərə aid olan 7 abidənin sənədləri hazırlanıb. Hər bir abidənin bərpasına təqribən 15-20 min lari pul xərclənəcək. Gürcü arxeoloqlar azərbaycanlı həmkarları ilə əlaqə saxlayır, onlarda olan məlumatlar əsasında axtarış işlərini davam etdirirlər.


Nazir deyib: “Qədim tarixə malik Azərbaycanın və Gürcüstanın çox zəngin mədəniyyəti var. Biz tarixi abidələri bərpa etməklə mədəni irsi qoruyub saxlamağı, eyni zamanda, mədəni əlaqələrimizi daha da inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bizim mədəniyyətimiz, tarixi dostluğumuz daha da möhkəmlənəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler