» » Avropa Oyunlarına dəstək koalisiyası Saakyanın Britaniya səfəri ilə bağlı bəyanat verdi

Avropa Oyunlarına dəstək koalisiyası Saakyanın Britaniya səfəri ilə bağlı bəyanat verdi

Bölmə: Xəbər
Avropa Oyunlarına dəstək koalisiyası Saakyanın Britaniya səfəri ilə bağlı bəyanat verdi
Qurumdan Xalqinfo.az-a daxil olan bəyanat mətnində Koalisiya Saakyanın Britaniya Parlamenti və Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda (Chatham House) ona çıxış hüququ tanınmasından narahatlığını və məyusluğunu bildirib.
Bu yanaşma Azərbaycan xalqı və yüzlərlə vətəndaş cəmiyyətini öz sıralarında birləşdirən Koalisiya üçün qəbuledilməzdir: “Koalisiya qondarma rejimin rəhbərinin səfərinə etiraz edir və Böyük Britaniyanın bu yanaşmasını ikili standart olaraq qəbul edir”. "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası həm də bu tip səfərlərin, yanaşmanın və ikili standartların tətbiqinin münaqişənin həllinə kömək etməyəcəyindən, əksinə danışıqlar prosesinə mənfi təsir göstərəcəyindən narahatdır: “Biz Böyük Britaniyanın nüfuzlu ölkə, demokratiyanın və Avropa sivilizasiyasının beşiklərindən biri olduğunu bilirik.

Belə bir ənənəsi olan ölkənin ikili standartlara yol verməsi və separatçı rejimləri şirnikləndirməsi onun dəyərləri üzərinə qara kölgələr salır və heç bir halda baş ucalığı gətirmir”. Koalisiya üçün maraqlıdır ki, görəsən, Böyük Britaniya Ukraynanın bölünmüş parçaları olan və separatçılar tərəfindən yaradılan “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, separatçıların nəzarət etdiyi Cənubi Osetiyanın (Gürcüstan işğal olunmuş ərazisi) rejimlərinə eyni hüququ tanıyardımı? “Bəs, Dağlıq-Qarabağ münaqişəsinin həllinə və Azərbaycan xalqına qarşı tətbiq edilən bu ikili standartlar nədən xəbər verir? Bu suallara cavab axtarırıq və ümid edirik ki, ən azından Azərbaycandakı Britaniya səfirliyi bu məntiqli suallara məntiqli bir cavab versin. Biz əminliklə inanırıq ki, qondarma Dağlıq-Qarabağ Respublikasının qondarma rəhbərinin səfərinin təsiri elə yuxarıda adı çəkilən digər separatçı rejimlərin rəhbərlərinin səfəri qədər eyni dəyərə malikdir”. Koalisiya Avropa və dünya hökumətlərini Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan imtina etməyə səsləyir: “Azərbaycan tərəfi Dağlıq-Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həlli üçün əlindən gələni edib və etməkdədir. Amma bu tip ikili standartların tətbiqi münaqişənin sülh yolu ilə həllinə maneçilik törədir və Azərbaycanın işğal olunmuş ərazisində yuva salan separatçı rejimin ayağının altına daş qoyur.

Bu səfər həm də beynəlxalq hüquq normalarını pozur və Böyük Britaniya hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir”. Bəyanatda vurğulanır ki, Bako Saakyan müharibə cinayətkarıdır, onun həyata keçirdiyi cinayətkar və separatçı münaqişə siyasəti bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınların əsrlər boyu əcdadlarının yaşadığı doğma yurd-yuvalarına qayıtmasını əngəlləyir: “Dünya bilməlidir ki, BMT erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib və Ermənistanın işğalçı rəhbərliyi bu qətnamələrin tələblərini hələ də yerinə yetirmir.

Avropa Şurasının Parlament Assembleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və və digər qurumlar erməni işğalını psiləyən bəyanat və qətnamələr qəbul ediblər. ABŞ, Fransa və Rusiya tərəfinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu 20 ildir ki, nəticəsiz vasitəçilik missiyasını aparmaqdadır. Amma hər kəs bilməlidir ki, Azərbaycan xalqının səbri artıq tükənib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler