» » Azərbaycanda cərimə balları qaldırıldı -

Azərbaycanda cərimə balları qaldırıldı - 20

Bölmə: Xəbər
Azərbaycanda cərimə balları qaldırıldı -
Azərbaycanda inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitələrindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan il ərzində toplanan balın minimum həddi qaldırılıb.


“Xalqinfo” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə təklif olunan dəyişiklik Milli Məclisin dünən keçirilən iclasında təsdiq olunub. Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsindəki digər dəyişiklilərə görə, məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulan xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.

Qafqazinfo.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler