» » Gülər Əhmədova: “Müxalifətə keçən deyiləm...”

Gülər Əhmədova: “Müxalifətə keçən deyiləm...”

Bölmə: Xəbər
Gülər Əhmədova: “Müxalifətə keçən deyiləm...”
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vritualaz.org saytının müxbiri xəbər verir ki, G.Əhmədovanın müdafiəçilərini qaldırdıqları vəsatətlərin heç biri təmin edilməyib. Bundan sonra G.Əhmədova sərbəst ifadə verib.

“Ölmüş adamın arxasınca danışmaq istəmirəm. Bu düzgün də deyil. O videolarda qüsür var. Başdan-ayağa kimi montajdır. Bunu məhkəmədə dindirilən ekspertlərin çıxışları da təsdiqlədi. Elşad Abdullayevin dediklərinə gəlincə isə demək istəyirəm ki, əgər onun məndə pulu olsaydı, indiyədək susmazdı. Bu 7 ildə ya mənim iş yerimə, ya həyat yoldaşıma, ya hər gün efirdə olan qardaşıma gəlib bir söz deyərdi. Elşad Fransaya getməmişdən əvvəl sonuncu müsahibəsini də ANS-ə verib. Arzu Kazımovun və digərlərinin işində pulun alıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə azadlıqdan məhrum olunub. Binəqədinin prokuroru isə şərti cəza alıb. Niyə Binəqədinin prokuroruna şərti cəza verdilər, mənə isə yox? Mətbuatda bu işləri inkubator cücələri kimi eyniləşdiriblər. Mən Azərbaycan dövlətinə xidmət etmişəm, bu gün də xidmət edirəm. Heç zaman da bu yoldan da dönməyəcəm. Dünyanın huriləri də yığılsa, məni əqidəmdən döndərə bilməzlər.

Üç dəfə deputat seçilmişəm. Bir millət vəkili kimi çox insanlara köməklik etmişəm. Yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar. Anam xəstədir, həyat yoldaşım xəstədir. Balaca oğlum qapılarda qalıb.

Məni ulu öndərimiz Heydər Əliyev siyasətə gətirib. Mən hər zaman bu yolda olacağam. YAP-da olub-olmamağımın heç bir fərqi yoxdur. Məni mandatı əlindən alınan kimi müxalifətə sığınanlarla qarışıq salmasınlar. Kimsə YAP-dan çıxandan sonra mövqeyini dəyişirsə, mən heç vaxt bunu etməyəcəyəm. Düzdür, prokurorluq mənə çox əziyyət edib. Amma yenə də incimirəm. Bura Azərbaycandır. Mən öz ölkəmdən heç yana şikayət edən deyiləm. Hətta güllələnmə versələr belə fikrimi dəyişən deyiləm”- deyə G.Əhmədova bildirib.

Sabiq deputat sualları cavablandırarkən özünü təqsirli bilmədiyini deyib. Bundan sonra isə məhkəmə istintaqının tamamlanması barədə müzakirələr aparılıb. G.Əhmədova və vəkilləri istintaqın yekunlaşmasına etiraz ediblər. Lakin məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edib.

Günün ikinci yarısında keçirilən məhkəmə prosesində prokuror Rəsul Abbasov hökmün qüvvədə qalmasını, apelyasiya şikayətinin təmin olunmamasını istəyib.

Qeyd edək ki, fasilədən sonra vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Buna görə də proses gələn həftəyə qədər təxirə salınaraq mayın 5-i saat 11:00-a təyin olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler