» » Erməni mediası öz ölkəsini tənqidə tutdu

Erməni mediası öz ölkəsini tənqidə tutdu

Bölmə: Xəbər, Dünya, BLOK XƏBƏR, MANŞET
Erməni mediası öz ölkəsini tənqidə tutdu“Armenian Report” portalı: “Bakıda həbs olunanlar arasında erməni diasporunun həmişə təşviq etdiyi prinsiplər uğrunda həbs edilənlər də var”


“Göründüyü kimi, məhz diaspor Azərbaycana qarşı etiraz aksiyalarının ön cəbhəsində olmalı idi. Məhz diaspor Azərbaycan səfirlikləri qarşısında keçirilən etiraz aksiyalarına öz nümayəndələrini göndərməli, bütün Avropa ölkələrində Azərbaycan səfirlikləri qarşısında etirazlar təşkil etməli idi. Bakıda həbs olunanlar arasında diasporun həmişə təşviq etdiyi prinsiplər uğrunda həbs edilənlər var”.


Xalqinfo.az bildirir ki APA-nın verdiyi xəbərinə görə, bunu “Armenian Report” portalında Romella Mnatsakanyan adlı müəllif yazıb. O, qərb dairələri tərəfindən Azərbaycana qarşı olan təzyiqlərin fonunda erməni diasporunun qəti zərbə endirməli olduğu barədə yazaraq, amma bu zərbənin heç bir nəticə vermədiyini təəssüflə etiraf edir.

“İlk növbədə Leyla və Arif Yunus, Xədicə İsmayılova kimi demokratiya uğrunda mübarizlərdən söhbət gedir. Onlar Azərbaycan hökumətini ifşa edərək, Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarı olan azsaylı azərbaycanlılardır. Bu şəxslər qorxmayaraq, Ermənistan və Arsax xalqlarının maraqlarının da nəzərə alınmalı olduğunu etiraf edirdilər” deyə müəllif qeyd edir.

Diasporun Azərbaycana qarşı canfəşanlıqla apardığı kampaniyaya baxmayaraq, müəllif iddia edir ki, erməni diasporu Azərbaycana qarşı daha şiddətli kampaniya aparmalıdır.

Qeyd edək ki, erməni müəllifin qeyd etdiyi Arif və Leyla Yunuslar, həmçinin Xədicə İsmayıl “xalq diplomatiyası”, “milli barışıq” adlı qrant layihələrinin iştirakçısı olublar. Onların iştirakçısı olduqları layihələr “regionda sülh naminə” Naxçıvan və digər Azərbaycan torpaqlarının da Ermənistana ilhaq edilməsində hər hansı problem olmadığından bəhs edib.



Aparılan monitorinqlər göstərir ki, Ermənistan KİV-dəki son yazılarda Azərbaycana qarşı bu kampaniyada Ermənistan və diasporun məğlubiyyəti “təəssüf və məyusluq” hissi ilə etiraf edilir. Onlar həmçinin Avropa Oyunları ilə əlaqədar bəzi qərb dairələrinin Azərbaycana qarşı apardığı kampaniyanı daha da fəallaşdırmağa çağırır.

Xatırladaq ki, oyunların başlanmasına bir neçə gün qalmış Amerika Erməni Milli Komitəsinin rəhbəri daşnak Aram Hamparyan Avropa Oyunlarını boykot etməklə bağlı canfəşanlığı ilə seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler