» » Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bölmə: Xəbər
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

TQDK mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
“İmtahana buraxılış vərəqəsi”;
şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX siniflərin buraxılış imtahanı haqqında məlumat
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb.

Həmin gün 25192 (Naxçıvanda 1019, Qobustanda 430, Ağcabədidə 1727, Ağdamda 951, Zərdabda 587, Bərdədə 2103, Tərtərdə 852, Göyçayda 1230, Ucarda 854, Kürdəmirdə 1250, Ağdaşda 1236, Yevlaxda 1274, Ağsuda 807, İsmayıllıda 964, Şamaxıda 933, Qubada 1911, Şabranda 666, Qusarda 1126, Xaçmazda 1947, Xızıda 144, Siyəzəndə 492, Kəngərlidə 259, Babəkdə 600, Ordubadda 396, Sədərək 111, Culfada 414, Şərurda 764 və Şahbuzda 145) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.


XI siniflərin buraxılış imtahanı haqqında məlumat
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb.

Həmin gün 20855 (Naxçıvanda 909, Qobustanda 365, Ağcabədidə 1753, Ağdamda 811, Zərdabda 473, Bərdədə 1758, Tərtərdə 734, Göyçayda 1027, Ucarda 707, Kürdəmirdə 981, Ağdaşda 948, Yevlaxda 1094, Ağsuda 548, İsmayıllıda 897, Şamaxıda 606, Qubada 1264, Şabranda 473, Qusarda 934, Xaçmazda 1490, Xızıda 101, Siyəzəndə 360, Kəngərlidə 260, Babəkdə 655, Ordubadda 376, Sədərək 88, Culfada 402, Şərurda 664 və Şahbuzda 177) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2307 nəzarətçi-müəllim ayrılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler