Ədliyyə Nazirliyinin idarə rəisi: “Soyadların dəyişdirilməsi sahəsində məhdudiyyət yoxdur"Bölmə: Xəbər
Xalqinfo.az xəbər verir ki, Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov deyib. İ. Məmmədov bildirib ki, hazırda Azərbaycanda adlarla bağlı yeganə məhdudiyyət yeni doğulmuş uşaqlara verilən adlarla bağlıdır: “Bu məhdudiyyət ondan ibarətdir ki, gülüş doğuran adlar , gələcəkdə uşaqların mənafeyinə xələl gətirən adlar uşaqlara qoyulmasın” . İ. Məmmədov qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu tərəfindən adlar toplusu hazırlanıb və həmin toplu Ədliyyə Nazirliyinin saytında yerləşdirilib: “İstənilən şəxs orada adların mənasını, statistikasını öyrənə bilər. İstənilən adın son bir ildə və yaxud beş ildə neçə nəfərə qoyulduğunu öyrənmək mümkündür. Həmin toplu vətəndaşlar tərəfindən geniş istifadə olunur” . İdarə rəisinin sözlərinə görə, valideynlər daha çox öz soyadlarını övladlarına verən zaman sonluğunu dəyişdirməyə üstünlük verirlər: "Məsələn, əgər soyad “ov” və yaxud “yev” sonluğu ilə bitirsə, onu lı, li, lu, lü, zadə ilə dəyişdirməyə və ya sonluqsuz istifadəyə üstünlük verilir". |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|