» » Bakıda 5 gün bağlı olacaq yollar-

Bakıda 5 gün bağlı olacaq yollar- Xəbərdarlıq

Bölmə: Xəbər
Bakıda 5 gün bağlı olacaq yollar-
I Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi və beş gün ərzində bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.


Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar 7 iyun tarixində saat 13:30-dan həmin günün sonunadək paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi, Zərifə Əliyeva küçəsi və Rixard Zorge küçələrində, iyunun 6-dan 7-sinə keçən gecə saat 01:00-dan 03:00-dək və iyunun 7-sindən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə,

habelə 10 iyun tarixində Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bül-bül Prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq Prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkpərova küçəsində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler