» » internat evləri ləğv olunur-

internat evləri ləğv olunur- Nazirlik baş plan hazırlayıb

Bölmə: Xəbər
internat evləri ləğv olunur-
Uşaq müəssisələrinin transformasiyası haqqında baş plan hazırlanıb. Baş plana uyğun olaraq 12 internat məktəbi peşə liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub, 2 internat məktəbi isə ləğv olunub.

Virtualaz.org saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.

Nazir deyib ki, internat məktəblərinin ləğv olunması de-institusionalizasiya proqramı ilə nəzərdə tutulan prosedurdur və proses mexaniki şəkildə həyata keçirilmir: “Bu proqramın məqsədi var. Bundan əlavə, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrinə cəlb edilməsi əlavə resurslar tələb edir. Ona görə də bu prosesin surəti resurslardan asılıdır. Proses davam etdiriləcək. İnternat məktəblərinin peşə məktəblərinə, ümumtəhsil məktəblərinə çevrilməsi prosesi davam etdiriləcək. Bununla da internat məktəblərinin sayı azaldılacaq, eyni zamanda orada təhsil alan uşaqlara göstərilən xidmətin keyfiyyəsi yüksəldiləcək”.

M.Cabbarov qeyd edib ki, hazırda minlərlə uşaq ümümtəhsil müəssisələrində təhsil almaq imkanlarına malik deyil: “Sentyabrda 2 ümumtəhsil müəssisəsində inkluziv təhsilin tətbiqinə başlanacaq. Bu prosesin də iki başlıca məqsədi var. Onlardan biri sosialaşdırmadır. Onlar yaşıdları ilə bir məkanda, bir məktəbdə təhsil ala biləcəklər. Həmin şagirdlər belə məktəblərdə təhsil alaraq cəmiyyətin tam hüquqlu üzvləri kimi cəmiyyətə inteqrasiya oluna biləcəklər. Digər məsələ isə təlim-tərbiyə prosesidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ayrıca siniflər açılmayacaq, söhbət onların bir yerdə təhsil almasından gedir. Təbii olaraq, məktəb buna hazırlanmalıdır. Maddi-texniki bazası, təlim proqramı hazırlanmalıdır. Burada valideynlərin də arzuları nəzərə alınacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler