» » İtaliya mətbuatı Bakının inkişafından yazdı

İtaliya mətbuatı Bakının inkişafından yazdı

Bölmə: Xəbər
İtaliya mətbuatı Bakının inkişafından yazdı

İtaliyanın “Agoravox” portalında müasir Bakının inkişafından bəhs edən məqalə yerləşdirilib.

ans press-in məlumatına görə, məqalədə Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakının eyni zamanda, Qafqazın önəmli mərkəzlərindən hesab edildiyi vurğulanır. Bu barədə AzərTAc xəbər yayıb.

Yazıda oxucuların diqqətinə çatdırılır ki, son illər tikinti “bumu”nun yaşandığı Bakı meqapolisə çevrilib. Buradakı inkişaf Dubayın tərəqqisini xatırladır. Bakının yeni turizm mərkəzinə çevrilməsi üçün böyük potensial var. Azərbaycan hökuməti turizmin inkişafına böyük diqqət ayırır. Bu xüsusda Avropanın bir sıra şəhərlərinə Bakıdan birbaşa uçuşların sayının artırılması müsbət məqamdır.

Müəllif vurğulayır ki, son illər önəmli tədbirlərə ev sahibliyi edən Azərbaycanın tanınması istiqamətində həyata keçirilən layihələr sırasında “Sirli Azərbaycan” portalının yaradılması önəmli yer tutur. Portal vasitəsilə Azərbaycana maraq göstərənlər bu ölkənin turizm, mədəniyyət, incəsənət və digər sahələrdəki imkanları ilə yaxından tanış ola bilirlər.

Məqalədə bildirilir ki, Bakının bir tərəfində hündür və göz qamaşdıran göydələnlər, dünya brendi olan müasir mehmanxanalar yerləşdiyi halda, digər tərəfində isə İçərişəhər kimi tarixi məkan mövcuddur. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayırlar.

Müəllif, həmçinin Bakının qədim və müasir memarlıq abidələri, o cümlədən “Alov qüllələri” kompleksi, qədim Qız qalası, Müasir İncəsənət Muzeyi və şəhərin simasına gözəllik qatan digər məkanlar barədə də ətraflı məlumat verir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler