» » Bakıya hansı avtomobillərin girişinə qadağa qoyulacaq? -

Bakıya hansı avtomobillərin girişinə qadağa qoyulacaq? - Video

Bölmə: Xəbər
Bakıya hansı avtomobillərin girişinə qadağa qoyulacaq? -
İyunun 1-dən etibarən rayon qeydiyyatı olan avtomobillərin paytaxta girişinə qadağa qoyulacaq.Amma nəzərə almaq lazımdır ki, paytaxtın kənd təsərrüfatı məhsullarına təminatının böyük əksəriyyəti məhz rayonların payına düşür. Bəs görəsən, bu qadağa həmin məhsulları daşıyan avtomobillərə necə tətbiq olunacaq?

Rayonlardan gələn və kənd təsərrüfatı məhsullarını daşıyan avtomobillərin paytaxta giriş zamanı çətinliklər olmayacaq. Kənd təsərrüfatı Naziri Heydər Əsədov jurnalistlərin suallarını cavablandırarkən belə deyib

Aqrar məhsulları daşıyan yük maşınları axşam saat 22-00-dan səhər saat 07-00a qədər şəhərdə hərəkət edə biləcəklər. Bu isə o deməkdir ki, meyvə-tərəvəzlər bu zaman kəsiyində bazarlara aparılacaq.

Aqrar məhsullar yük maşınları ilə yanaşı müxtəlif minik maşınları vasitəsilə də daşına bilər. Şəhər giriş zamanı bu amil də nəzərə alınıb. Baş Dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin sözlərinə görə, rayon qeydiyyatında olan və aqrar məhsullar gətirən minik maşınlarına da paytaxta daxil olmasına icazə veriləcək.

Paytaxta daxil olandan sonra həmin maşınlar vasitəsilə məhsulların bazarlara aparılmasına da qadağa qoyula bilməz. Bir şərtlə ki, yükdaşıma qaydalarına əməl edilsin.

Əgər yükdaşıma qaydalarına əməl etməyən minik maşınları aşkar edilsə, bu zaman onlar nəzərdə tutlan qaydada cərimələnəcək.musavat.com



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler