» » Daha bir nəhəng bankda şübhəli istefa

Daha bir nəhəng bankda şübhəli istefa

Bölmə: Xəbər, MANŞET
Daha bir nəhəng bankda şübhəli istefa
“Kapital Bank”ın rəhbərliyi dəyişdirildi; Mircamal Paşayevi Cəlal Qasımov əvəzlədi; Beynəlxalq Bankla bağlı baş verən proseslər təkrarlana bilərmi?
Mayın 27-də “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Bu barədə fins.az məlumat yayıb. Bankdan sayta verilən məlumata görə, yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib. MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib.

Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib. Nəzərə çatdıraq ki, Cəlal Qasımov Bank Qrupunun rəhbəri postuna mayın əvvəllərində gətirilmişdi. Ondan əvvəl isə “Unibank”ın icraçı direktoru vəzifəsində çalışıb. C.Qasımov 2013-cü ilin mart ayında “Unibank”ın icraçı direktoru təyin olunub. O, bu vəzifədə 2015-ci ilin aprel ayına qədər çalışıb...

“Kapital Bank” Azərbaycanda ilk kassası 1874-cü ildə yaradılan Əmanət Bankın hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli sərəncamı ilə üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılıb. 29 dekabr 2004-cü il tarixində bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka “Kapital Bank” adının verilməsi qərara alınıb.

Hazırda “Kapital Bank” ASC-nin səhmlərinin 99.84%-i “Paşa Holdinq”ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. 89 filialı və 5 şöbəsi ilə “Kapital Bank” Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. 2 milyondan çox aktiv ödəniş kartlarının sayı ilə də bank Azərbaycanda liderdir. Universal bank olan "Kapital Bank" həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Bank tərəfindən 2 milyondan çox fiziki və 22 mindən çox korporativ müştəriyə xidmət göstərilir. Eyni zamanda “Kapital Bank” dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir.

“Kapital Bank” ASC-nin Müşahidə Şurasının 10.06.2013-cü il tarixli qərarına əsasən Rövşən Şamil oğlu Allahverdiyev bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.



Nəzərə çatdıraq ki, Mircamal Paşayev Azərbaycanın ABŞ-dakı sabiq səfiri, hazırda Diplomatiya Akademiyasının rektoru olan Hafiz Paşayevin oğludur.

“Kapital Bank”ın Müşahidə Şurasının rəhbərinin istefa verməsi həm də ona görə diqqət çəkir ki, Beynəlxalq Bankla bağlı baş verən proseslər də məhz bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefasından sonra başlamışdı. Düzdür, bəlli səbəblərdən burada paralellər aparmaq bir qədər mümkünsüz görünə bilər, ancaq ortada olan bir fakt var; ölkə prezidenti İlham Əliyev ölkənin maliyyə qurumlarında, bank sektorundakı vəziyyətə çox ciddi nəzarət edir. Belə ehtimallar da var ki, müəyyən daxili araşdırmalar zamanı “Kapital Bank”da da müəyyən qüsurlar aşkarlanıb və bu bankın rəhbərliyi təftiş edilib. Bu, neft gəlirlərinin azalmasından sonra ölkədə maliyyə ilə bağlı ortaya çıxan maxinasiya faktlarına görə prezidentin kimsəyə güzəşt etməməsinin göstəricisi kimi də səciyyələndirilə bilər.



Ekspertlər bildirirlər ki, Beynəlxalq Bankdan sonra “Kapital Bank”da da araşdırmaların, təftişin aparılacağı gözlənilən idi. Çünki əgər Beynəlxalq Bankda dövlətin 50,2 faiz payı varsa, “Kapital Bank” da əksər kommunal, vergi, cərimə ödəmələrinin həyata keçirildi bankdır. Yəni dövlətin xeyli faiz büdcə yığımı bu bank vasitəsilə həyata keçirilir. Ona görə də dövlət təbii ki, bu bankı da diqqətdən kənar tuta bilməzdi.

Eyni zamanda ekspertlər hesab edir ki, Beynəlxalq Bankla müqayisədə “Kapital Bank”da proseslər o qədər də sərt üsullarla getməyə bilər. Ancaq bu bankda və müəyyən şəxslərin vasitəsilə burada maxinasiyalara yol verən sahibkarların cəzalandırılacağı istisna deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler