» » Obama Putinə yaxın 17 şirkətə sanksiya elan etdi-

Obama Putinə yaxın 17 şirkətə sanksiya elan etdi- SİYAHI

Bölmə: Xəbər
Obama Putinə yaxın 17 şirkətə sanksiya elan etdi-
ABŞ prezidenti Barak Obama Rusiya hökumətinin 7 rəsmisinə və Putinə yaxın olan 17 şirkətə qarşı sanksiyaları elan edib.

ANS PRESS-in verdiyi məlumata görə, bu sanksiyalar hesabların dondurulmasını, viza qadağalarını, lisenziya verilməməsini nəzərdə tutur.

Ağ ev bildirir ki, yeni siyahıda 2 nəfər Putinin yaxın çevrəsinə daxildir. Hərçənd bunların konkret kim olmağı deyilmir. Ancaq müşahidəçilərin fikrincə, həmin 2 nəfərdən biri Rosneft şirkətinin prezidenti İqor Seçindir. Digəri hökumətdə texnoloji məsələlərə rəhbərlik edən Sergey Çemezovdur.

Çemezov Rusiyada çoxları tərəfindən Putinin yaxın adamı hesab olunur.

Yeni siyahıda baş nazirin müavini Dmitri Kozak da var. O, Krımın inkişafına cavabdehdir.

Associated Press yazır ki. 2003-cü ildə Mixail Xodorkovskinin Yukos şirkətinin dağıdılmasının “memarı” Seçin olub. O, Putinlə 1990-cı illərdən bir yerdə işləyir.

Siyahlıda adı olan Çemezov dövlət holdinq şirkəti olan Rostex-in rəhbəridir. 1980-ci illərdə Putin Şərqi Almaniyada KQB agenti kimi işləyəndə Putin və Çemezov Şərqi Almaniyada bir binada yaşayırdı.

Sanksiyaların təsiri altına həmçinin, Rusiya prezidentinin Krımdakı nümayəndəsi Oleq Belaventsev, Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov, FSO direktoru Yevgeni Murov və Prezident Administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodon da var.

Sanksiya siyahısına salınan 17 şirkət Putinə yaxın olanların şirkətidir. Bunlar Qennadi Timçenkonun, Boris və Arkadi Rotenberq qardaşlarının şirkətləridir.

Onların hər 3-nün adı ABŞ-ın mart ayında elan etdiyi sanskiyalar siyahısındadır.

Bundan başqa "Rusiya" bank qrupunun lizinq şirkəti "Zest", Sobinbank və IR "Abros", Rotenberg InvestCapitalBank, SMP Bank "SGM", Timchenko Group, Volga Group, LLC "Avia Group", MMC, "Avia Group Nord ", "Sahatrans", "TRANSOİL", "Stroytransqaz" və onun strukturu su istehsalçısı "Akvanika" qarşı sanksiyalar tətbiq ediləcək.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, şübhəsiz, biz cavab verəcəyik, heç kimin Rusiya ilə sanksiya dilində danışmağa haqqı yoxdur.

Siyahıda Qazpromun adı yoxdur. Bəzi ABŞ konqresmenləri Obamadan xahiş edirdi ki, Qazpromu da siyahıya salsın.

Ağ Ev bildirir ki, ABŞ Rusiyanın siyasətində dərhal dəyişiklik olacağını gözləmir, ancaq ABŞ tədricən Rusiyaya nümayiş etdirmək istəyir ki, daha ağrılı iqtisadi sanksiyalar və siyasi təklənmə ola bilər və Rusiya indiki hərəkətlərini davam etdirdikcə, ödədiyi haqq da daha ağır olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler