» » Azərbaycan əsgəri öldü,yaxınları ölüm səbəbinə inanmır

Azərbaycan əsgəri öldü,yaxınları ölüm səbəbinə inanmır

Bölmə: Xəbər, Sosial
Azərbaycan əsgəri öldü,yaxınları ölüm səbəbinə inanmır“Andiçməsi təzə olmuşdu”
Fövqəladə Hallar Nazirliyinin Biləcəridə yerləşən hərbi hissəsində xidmət edən 1990- cı il təvəllüdlü Babaşov Tapdıq Əlizaman oğlu bu gün xəstəxanada dünyasını dəyişib.

Bu barədə onun yaxınları sosial şəbəkədə yazıb. Yaxınlarına bildirilib ki, əsgər 4-cü mərtəbədən yıxılıb, amma onlar bu versiyaya inanmır.

“Əsgərin mayın 22-də gecə saatlarında yıxıldığı deyilir, onu 1 nömrəli xəstəxanaya aparıblar. Komaya düşüb. İki ayın əsgəri idi, andiçməsi təzə olmuşdu. Atasını da 2012-ci ildə həkimlərin səhlənkarlığı ucbatından əməliyyat masasında itirmişdi. Özü də əməliyyat masasında dünyasını dəyişdi. Hazırda xəstəxanada, ekspertizadadır”.
Mənbə
Qafqazinfo
Bizimyol.info

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler