» » Yaralılardan yeni

Yaralılardan yeni xəbər

Bölmə: Xəbər, Sosial
Yaralılardan yeni  "Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsində müalicə olunanlardan 1-i artıq dünən evə buraxılıb. Bu, xəsarət almış Manafova Səbinədir. Onun səhhəti qənaətbəxş olduğu üçün xəstəxanadakı müalicəsi yekunlaşıb".

Xalqinfo.az bildirir ki,bunu ANS PRESS-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova söyləyib.

O bildirib ki, hazırda Toksikologiya şöbəsində 11 nəfər xəsarət alan müalicə olunur. Nazirlik rəsmisi əlavə edib ki, onlardan 7-i qadın, 3-ü uşaq və 1-i kişidir.

Liya Bayramova bildirib ki, xəsarət alanlardan biri isə bu gün evə buraxılacaq: "Evə buraxılan şəxs Manafova Elviradır. Bu şəxs dünən evə buraxılan Səbinə Manafovanın anasıdır. Onun səhhəti normallaşıb", - deyə nazirlik rəsmisi söyləyib.

Qeyd edək ki, Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək buraxılıb.

Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə xəstəxanada vəfat edib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler