» » 318 milyon dollar mənimsəməkdə

318 milyon dollar mənimsəməkdə ittiham olunur

Bölmə: Xəbər, Sosial
Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbs edilmiş rəhbəri Adil Hüseynovun səhhətində problemlər var.
 318 milyon dollar mənimsəməkdə Xalqinfo.az-ın məlumatına görə, bu barədə "Report"a Adil Hüseynovun vəkili Kamandar Nəsibov məlumat verib.

Vəkil bildirib ki, Adil Hüseynov həbs olunmamışdan bir neçə gün əvvəl əməliyyat olunub: "Hazırda Adil Hüseynov xəstədir və o, yenidən əməliyyat olunmalıdır. Ailəsinin göndərdiyi dərmanlar ona çatdırılıb".

K.Nəsibov A.Hüseynovla görüşlə bağlı artıq rəsmi qaydada order və sənədlər təqdim edildiyini də əlavə edib. Vəkil həbslə bağlı apelyasiya şikayəti vermək fikrində olmadıqlarını da bildirib.

Qeyd edək ki, Adil Hüseynov 318 milyon dollar mənimsəməkdə ittiham olunur. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğludur. Polkovnik Fətullah Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler