» » Hacı İbrahim yenidən saxlanılıb

Hacı İbrahim yenidən saxlanılıb

Bölmə: Xəbər, Sosial
Hacı İbrahim yenidən saxlanılıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları (Bandotdel) iş adamı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimovu (Nehrəmli) yenidən saxlayıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə haqqın.az saytına məlumat verib.

Məlumata görə, Hacı İbrahim dünən axşamdan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılır.

Hacı İbrahim bundan əvvəl saxlanılarkən müəyyən problemlərin olduğunu etiraf etmişdi: "Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler