» » Orduya çağırılan qadınlar haqqında yeni qanun:Bakirəlik yoxlanır

Orduya çağırılan qadınlar haqqında yeni qanun:Bakirəlik yoxlanır

Bölmə: Xəbər, Dünya, BLOK XƏBƏR, MANŞET
Orduya çağırılan qadınlar haqqında yeni qanun:Bakirəlik yoxlanırİnsan hüquqları təşkilatları İndoneziyanı milli orduya çağırılan qadın çağırışçıların bakirəlik yoxlamasından keçirilməsini dayandırmağa çağırıblar.

Xalqinfo.az-ın məlumatına görə, Human Rights Watch (HRW) təşkilatının müraciətində deyilir ki, bəkarətin yoxlanması təhqiramiz prosedurdur.

İşgəncə Qurbanlarının Beynəlxalq Bərpa Şurası (İnternational Rehabilitation Council for Torture Victims - IRCT) isə bəyan edib ki, bakirəlik yoxlamaları qadın hüquqlarının kobudcasına pozulması deməkdir.

IRCT və HRW bildiriblər ki, bakirəlik yoxlamasına həmçinin zabitlərin nişanlıları da məruz qalırlar.

Dünya Səhiyyə Təşkilatı (The World Health Organization) bakirəlik testlərini seksual zorakılıq forması hesab edir. Təşkilat bildirir ki, qızlıq pərdəsi ən müxtəlif səbəblərdən natamam ola bilər.

İndoneziya ordusu isə bu tədbiri müdafiə edərək bildirir ki, yoxlama əxlaqsız qadınların orduya qəbul edilməsinin qarşısını almaq üçündür. İndoneziya polisi belə yoxlamalara görə artıq ötən il tənqidlərlə üzləşməli olub və bu müəyyən fayda verib. İndoneziya hökuməti dövlət qulluğuna işə götürülən qadınların bakirəlik yoxlamalarını dayandırıb.

Qeyd edək ki, Yava adasının bəzi yerlərində orta məktəbə başlayan qızların yoxlanması da bu ildən ləğv edilib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler